() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Ümumi yayılması Qafqazın hər yerində və Türkiyədə təbii arealı vardır.
Azərbaycanda yayılması Quba, Qusar rayonları ərazilərində rast gəlinir.
Statusu Azərbaycanın nadir bitki növüdür. NT.
Bitdiyi yer Meşənin yuxarı hissəsi, subalp çəmənliyi fıstıq meşəliyində dərəli və qayalı açıq yerlərdə bitir.
Təbii ehtiyatı Azərbaycanda arealı çox geniş deyildir.
Bioloji xüsusiyyətləri Hündürlüyü 1 m-ə çatan кoldur. Torpağa az tələbkar və işıqsevəndir. Budaqları düz yönəlmiş, silindrvarı, cavan budaqların üzəri tündqırmızıya çalan bozumtul ləkəli və seyrək, qısatüklü, tək-tək qırmızı tikanlıdır. Bir kökdən bir neçə dikdayanan gövdə çıxır. Gövdəsi seyrək tükcüklü olmaqla pas rəngli ləkəlidir. Yarpaqları 3–5 yarpaqcıqdan ibarət olub, uzun saplaqlıdır. Çiçəkləri qısa saplaqlı, ləçəkləri ağ rənglidir. Meyvəsi şirin turşməzə və şirəli, qırmızımtıl rənglidir. Yuxarı dağ zonasında meyvəsinin yetişməsi sentyabr ayına təsadüf edir. May iyun aylarında çiçəkləyir və iyul-avqust aylarında meyvəsi yetişir.
Çохalması Təbiətdə generativ və vegetativ yolla çoxalır.
Təbii ehtiyatının dəyişilməsi səbəbləri Başlıca olaraq insan fəaliyyətidir.
Becərilməsi Mədəni halda Nəbatat bağlarında becərilir.
Qəbul edilmiş qoruma tədbirləri Qəbul edilmiş qoruma tədbiri yoxdur.
Zəruri qoruma tədbirləri Azərbaycanın "Qırmızı Kitabı"na daхil edilməsi zəruridir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Böyürtkən