Salyan sultanlığı — bir çox Azərbaycan xanlıqları kimi Əfşarlar imperiyasının şahı Nadir şah Əfşarın ölümündən sonra yaranmışdır. Sultanlıq şimaldan Şirvan, cənubdan Talış, qərbdən Cavad xanlıqları, şərqdən isə Xəzər dənizi ilə həmsərhəd idi.

Tarixi Salyan xanlığı 1747-ci ildə yaradılmışdır. Mərkəzi Salyan şəhəri idi.

1747-ci ildə Nadir şahın ölümündən sonrakı dövrlərdə Azərbaycanda xaotik formada yaranmağa başlayan yeni xanlıqlar və sultanlıqlar dövründə Quba xanı 1-ci Hüseynin uzaq qohumu olan İbrahim Rüdbari Salyanda öz hakimiyətini bərpa edərək Quba xanlığından ayrıldığını və özünün müstəqil xan olduğunu elan edir. Amma çox keçmir ki, Rüdbarilərin hakimiyyətindən narazı qalan Salyanın əhalisi Quba xanlığından yardım istəyir. O zamanlarda hələ Quba xanlığının taxtına oturmamış vəliəhd Fətəli xan 1757-ci ildə başçılıq etdiyi döyüşçü dəstələri ilə salyanlıların köməyinə gəlir. İbrahim Rüdbarini Salyandan qovur. Beləliklə, İbrahim Rüdbarinin 8 illik hakimiyyətinə son qoyulur və Salyan sultanlığı yenidən Quba xanlığının tərkibinə keçir. 1757-ci ildən 1768-ci ilə qədər Salyanın hakimi Kəlbəli sultan olur. Ondan sonra 1782-ci ilə qədər Salyanın sultanı Qubad sultan olur. 1782-ci ildən 1791-ci ilə qədər Salyanın xanı olmuş Şeyxəli xan isə sonradan Quba xanı olmuşdur.

1760-cı ildə Salyanda olan səyyah Biberşteyn öz yazılarında göstərir: "Salyanın əhalisi çoxdur və onların əksəriyyəti zəngin və varlı yaşayırlar. Burada Kür çayında balıq ovundan yaxşı gəlir əldə olunur. Vətəgələrin çoxusu Astarxan vilayətindən gələn tacirlərə icarəyə verilmişdir. İcarə haqqı ildə 50 min gümüş pulla ölçülür" 1774-cü ilin yayında Qaytaq üsmisi Əmir Həmzə Qubaya hücumu və Dərbənd qalasını mühasirədə saxlayan zaman Fətəli xan Salyana sığınır və 10 ay burda yaşayır və qoşun toplayır.

Tarixi mənbələrdə göstərilir ki, Miladi təqvimi ilə 1795-ci ildə Ağa Məhəmməd şah Qacar 60 minlik qoşunla Qafqaz üzərinə yürüş edir. Şamaxı istiqamətində hücum zamanı Qacar ordusu Salyanda ciddi müqavimətlə rastlaşır. Qanlı döyüşlərdə şah ordusu çoxsaylı itkilər verdikdən sonra şəhər əhalisinin böyük bir hissəssi öldürülmüş, Salyan şəhəri isə tamamilə yandırılıb dağıdılmışdır. 1797-ci ildə isə Quba xanı Hüseynəli xan təşəbüsü ilə Salyanın aşağı kəndləri olan Boyat və Qaraimanlı kəndlərinin əhalisi Salyana köçürülmüş və şəhər yenidən tikilməyə başlanmışdır. Həmin kəndlər indi Neftçala rayonunun ərazisindədir.

Hakimləri Sıra Xan Hakimiyyət illəri Haqqında1Həsən bəy1729–17??2Əhməd xan17??-17483İbrahim xan1748–17574Kəlbəli sultan1757–17685Qubad sultan1768–1782Salyan hakimi Kəlbəli sultanın oğludur. Atasının vəfatından sonra, 1768-ci ildə Fətəli xan tərəfindən Salyana hakim təyin olunmuşdu.6Şeyxəli xan1782–1791(naib olaraq) 7Həsən ağa Qubalı1791–17961791-ci ildə Əhməd xan Qubada vəfat etdi. Onun Salyan naibi olan 13 yaşlı qardaşı Şeyxəli Qubaya gəlib xan taxtına yiyələndi və öz yerinə yeddi yaşlı qardaşı Həsən ağanı (naib olaraq) təyin etdi.

Həmçinin bax Azərbaycan xanlıqları Salyan mahalı

Mənbə

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Salyan sultanlığı Kateqoriya:Azərbaycan xanlıqları Kateqoriya:1747-ci ildə yarananlar Kateqoriya:XVIII əsr tarixi