180px|thumb|Hyuna 2013-cü ildə Kim Hyun-ah (; ) — peşəkar fəaliyyətində Hyuna (stilizə edilmiş adı HyunA) kimi tanınan sənətçi, Cənubi Koreyalı müğənni-bəstəkar, repçi və modeldir. O, 2007-ci ilin fevralında qızlardan ibarət Wonder Girls qrupunun üzvü kimi debüt edib. Qrupdan qısa müddət sonra ayrıldıqdan sonra Hyuna JYP Entertainment şirkətini də tərk edərək qızlardan ibarət 4Minute qrupuna qoşulub. Qrup 2009-cu ilin iyununda Cube Entertainment şirkətinin tərkibində debüt edib. 2010-cu ildə Hyuna özünün "performansa yönəlmiş musiqi" adlandırdığı üslubda solo karyerasına başlayıb. Onun solo debüt sinqlı "Change" Cənubi Koreyanın "Gaon Digital Chart" hit-paradında ikinci pilləyə yüksəlib.
İstinadlar
Kateqoriya:Cənubi Koreya musiqiçiləri