Qasım Mirzə — Şirvanşah şahzadəsi.
Həyatı Osmanlıya mühacirət etmiş Şirvan əsilzadələrindən idi. Əvvəlki şahlarla dəqiq əlaqəsi bilinməsə də Dərbəndilər sülaləsindən idi, II Xəlilullahın mümkün oğlu. 1554-cü ildə Kəffə-Dağıstan-Dərbənd yolu ilə Şirvana hücum etmişdi.Şirvan zadəganları və əhalisi vilayətin bəylərbəyliyi Abdulla xan Ustaclıdan uzaqlaşaraq Qasım Mirzəyə qoşuldular.Sara Aşurbəyli, Şirvanşahlar dövləti, səh. 135 Təngəaltı kəndində Abdulla xana qalib gəlmiş, daha sonra Qəleybuğurdu ələ keçirərək 40 gün burada qalmışdı. 12.000 əsgər toplamışdı. Gülüstan qalasına hücumu baş tutmadı və Abdulla xan ordusu tərəfindən məğlub edildi. Özü isə qaçdı.İsgəndər bəy Münşi, Tarixi aləm arayi-Abbasi, səh. 175, "Şərq-Qərb", 2010
İstinadlar
Kateqoriya:Şirvanşah şahzadələri Kateqoriya:Şirvanşahlar