Araz SES (tam adı: Araz su-elektrik stansiyası) — Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində, Araz çayı, Araz su anbarı üzəində su-elektrik stansiyası. Araz SES-in inşasına 1964-cü ildə başlanılmış və 1970-ci ildə bitirilmiş 1971-ci ildə istismara verilmişdir. SES SSRI dövründə Azərbaycan SSR iləİran dövləti arasındakı razılaşma əsasında inşa edilmişdir. SES torpaq tipli bəndə malik olub, uzunluğu 900 m hündürlüyü isə 40 m-dir. SES ümumilikdə 44 MVt gücə malik 4 hidroaqreqat turbinlə təmin olunmuşdur. SES-in istehsal potensialı 296 milyon KVt-saatdir. SES hər biri İran və Azərbaycan ərazisində yerləşməklə iki binaya malikdir. Hər bir bina özlüyündə 11 MVt gücə malik 2 hidroaqreqat turbinə malikdir.

Həmçinin bax Araz su anbarı

İstinadlar

Kateqoriya:Azərbaycan su-elektrik stansiyaları Kateqoriya:Babək rayonu Kateqoriya:1970-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:İran su-elektrik stansiyaları