Abdullah bin Əbdüləziz Əl Səud () — Səudiyyə Ərəbistanının 6-cı kralı, iki müqəddəs ocağın xadimi.

Həyatı Abdullah bin Əbdüləziz Əl Səud 1924-cü ildə Ər-Riyadda anadan olmuşdu və kral nəslinin banisi Əbdüləziz Əl Səudun 42 oğlundan onuncusu idi. O, taxt-taca 2005-ci ildə gəlmiş, bundan əvvəl isə bir sıra dövlət vəzifələri tutmuşdu: Məkkə şəhərinin meri, Milli Qvardiyanın komandanı, Baş nazir olmuşdu. 2013-cü ildə varidatı 63,2 milyard dollar məbləğində qiymətləndirilən Abdullah dünyanın ən zəngin insanları arasında 8-ci, ən varlı monarxlar arasında isə 2-ci yeri tuturdu.

23 yanvar 2015-ci ildə vəfat etmişdir.

İstinadlar

Kateqoriya:Ər-Riyadda doğulanlar Kateqoriya:Səudiyyə Ərəbistanı kralları Kateqoriya:Səudiyyə Ərəbistanı uzunömürlüləri Kateqoriya:Ər-Riyadda vəfat edənlər Kateqoriya:El Ud qəbiristanlığında dəfn olunanlar Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:XX əsr siyasətçiləri