Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən dövlət kitabxanasıdır. Kitabxana respublika üzrə uşaq kitabxanaları üçün elmi-metodiki mərkəz funksiyasını yerinə yetirir, uşaq ədəbiyyatının təbliği, kitabxana-biblioqrafiya və informasiya xidmətlərinin təşkili, habelə kitabxana işinin müasir tələblərə uyğun inkişafının təmin edilməsi istiqamətində fəaliyyət göstərir.

Kitabxananın hazırda ümumi fondu və elektron kataloqu 288 029 nüsxə ədəbiyyatdan ibarətdir. 2025-ci ilin yekun statistikasına görə, kitabxananın oxucu sayı 19 726 nəfər, virtual istifadəçilərin sayı 20 978 nəfər təşkil etmişdir. İl ərzində 250 299 nüsxə kitab verilişi həyata keçirilmişdir. Elektron kitablar 8 950, Qızıl fondun həcmi isə 1 673 nüsxədir.F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 2025-ci il üzrə hesabatı.

Tarixi F. Köçərli adına Respublika Uşaq Kitabxanası 1965-ci il yanvarın 1-də Azərbaycan Respublikası Nazirlər Sovetinin qərarı ilə M. Qorki adına kütləvi kitabxana fondunun bazası əsasında yaradılmışdır. 12 sentyabr 1967-ci ildən Azərbaycan Respublikası Mərkəzi Komitəsinin 25 saylı sərəncamına əsasən uşaq ədəbiyyatının inkişafında mühüm xidmətləri olan ədəbiyyatşünas, pedaqoq, maarifpərvər, uşaq folklor antologiyasının banisi sayılan Firidun bəy Köçərlinin adını daşıyır.Bünyətzadə F. F.Köçərli adına respublika Uşaq Kitabxanasının informasiya fəaliyyətinin əsas istiqamətləri S.192-195.

Kitabxana 5 şöbə – xidmət, kitabsaxlayıcı, komplektləşdirmə, metodika və mübadilə fondu ilə fəaliyyətə başlamış, ilk direktoru Nemət Əliyev olmuşdur. Yaradıldığı dövrdə kitabxananın fondu ümumilikdə 43 000 nüsxə ədəbiyyat olmuş, onun 27 337 nüsxəsini uşaq ədəbiyyatı təşkil etmişdir..

Respublika Uşaq Kitabxanasının yaradılması uşaqlara kitabxana xidmətinin təşkili və metodik təminatının formalaşdırılması istiqamətində mühüm mərhələ olmuşdur. Bu proses nəticəsində respublika səviyyəsində mərkəzləşdirilmiş elmi-metodiki baza yaradılmış və uşaqlara xidmət göstərən kitabxanaların, o cümlədən məktəb kitabxanalarının fəaliyyətinə metodik rəhbərlik təmin edilmişdir. Bu isə ölkədə uşaq kitabxana şəbəkəsinin sistemli inkişafına və vahid idarəetmə mexanizminin formalaşmasına zəmin yaratmışdır.

1960-cı illərin sonu 1970-ci illərin əvvəllərində kitabxananın elmi-metodik fəaliyyətinin gücləndirilməsi məqsədilə zəngin metodik nəşrlər fondu formalaşdırılmış, burada kitabxanaşünaslıq sahəsində əldə edilmiş qabaqcıl nəzəri və praktiki təcrübəni əks etdirən ədəbiyyat toplanmışdır.

1990-cı ildə kitabxananın nəzdində "Körpəm" eksperimental uşaq teatr studiyası yaradılmış, eyniadlı uşaq jurnalı təsis edilmişdir. Bu təşəbbüs uşaq yaradıcılığının inkişafı və ədəbi-estetik tərbiyənin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşımışdır. 1995–2005-ci illərdə AzTV-nin "Çıraq" və "Sərbəst düşüncə" uşaq verilişlərinin çəkilişləri kitabxananın oxu zalında həyata keçirilmişdir. 2006-cı ildən etibarən jurnal "Göy Qurşağı" adı ilə nəşr olunmağa başlamışdır.

Kitabxana 1999-cu ildən Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin, 2000-ci ildən isə Azərbaycanda Kitabxana İşinin İnkişafı Assosiasiyasının üzvüdür.Azərbaycan kitabxanaları XXI əsrin informasiya məkanında. I və II cild. - Bakı: Nurlar nəşriyyatı, 2007. - 820 s.

2002-ci ildə kitabxananın rəsmi veb-saytı fəaliyyətə başlamış, 2006-cı ildə isə yeni domen adı ilə əvəz edilmişdir.

2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi" haqqında sərəncam kitabxana fondlarının yenilənməsi və müasir tələblərə uyğunlaşdırılması baxımından mühüm rol oynamışdır. Həmin ildə "Mədəni-Maarif" jurnalında kitabxananın təşəbbüsü ilə "Uşaq kitabxanalarına kömək" rubrikası yaradılmış və elmi-metodiki vəsaitlər mütəmadi olaraq nəşr edilmişdir. 2005-ci ildən etibarən kitabxanada Avtomatlaşdırılmış Kitabxana-İnformasiya Sistemi (AKİS) tətbiq olunaraq fondun elektron daşıyıcılara köçürülməsi və elektron kataloqun yaradılması istiqamətində ardıcıl işlər həyata keçirilmişdir.

2008-ci ildə cənab prezident İlham Əliyev tərəfindən qəbul edilmiş "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008–2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı" kitabxananın fəaliyyətinin müasirləşdirilməsinə və texniki bazasının gücləndirilməsinə əlavə imkanlar yaratmışdır.

2009-cu ildə "Uşaq ili" çərçivəsində keçirilmiş "Dünya uşaq ədəbiyyatının inciləri" adlı beynəlxalq kitab sərgisi zamanı müxtəlif ölkələrin səfirlikləri tərəfindən kitabxanaya 1500-dən çox nəşr hədiyyə edilmişdir.https://azertag.az/xeber/dunya_usaq_edebiyyatinin_incileri_movzusunda_beynelxalq_kitab_sergisi_kechirilmisdir-462145

Kitabxananın fəaliyyətində informasiya texnologiyalarının tətbiqi və rəqəmsallaşma prosesləri mərhələli şəkildə genişləndirilmişdir. 2014-cü ildə F. Köçərli adına Respublika Uşaq Kitabxanasında kitab fondunun elektronlaşdırılması və informasiya xidmətlərinin müasirləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Kitabxanaya daxil olan yeni nəşrlər İRBİS-64+ proqram təminatı vasitəsilə işlənərək elektron kataloq bazasına daxil edilmiş, biblioqrafik məlumatların sistemləşdirilməsi təmin olunmuşdur.

Həmin dövrdə oxucular haqqında məlumatların elektron bazası formalaşdırılmış, kitabxana xidmətlərinin uçotu və idarə olunması prosesində avtomatlaşdırma tətbiq edilmişdir. Bu yeniliklər kitabxananın informasiya resurslarının daha səmərəli idarə olunmasına və oxuculara göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına imkan yaratmışdır. 2015-ci ildən etibarən kitabxanada uşaqların iştirakı ilə musiqili-nağıl tamaşaları layihəsi həyata keçirilməyə başlanmışdır.

2015-ci 22 dekabrda kitabxananın 50 illik yubileyi qeyd edilmişdir. Yubiley münasibətilə kitabxananın bir qrup əməkdaşı ölkənin mədəni həyatında səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Əməkdar mədəniyyət işçisi" fəxri adına və "Tərəqqi" medalına layiq görülmüşlər.

Müasir dövrdə kitabxana xidmətlərinin inklüziv əsaslar üzərində təşkili prioritet istiqamətlərdən birinə çevrilmişdir. 2019-cu ildən kitabxanada inklüziv mütaliə mühitinin formalaşdırılması istiqamətində layihələrin icrasına başlanılmışdır. Bu layihələr çərçivəsində sağlamlıq imkanları məhdud uşaqların informasiya resurslarına çıxış imkanlarının genişləndirilməsi və onların kitabxana xidmətlərindən bərabər şəkildə istifadə etməsinin təmin olunması istiqamətində tədbirlər həyata keçirilmişdir.

2021-ci ildə kitabxananın rəsmi veb-saytı yenilənmiş, istifadəçilər üçün daha əlçatan və funksional platforma istifadəyə verilmişdir. İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq, yenilənmiş saytda sağlamlıq imkanları məhdud uşaqlar üçün də xüsusi bölmə yaradılmışdır.

Kitabxananın binası Kitabxana 1 yanvar 1965-ci ildə Bakı şəhəri, S. Vurğun küç., 104 ünvanda beşmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşmişdir. Şəhərin yenidən qurulması, yeni tikililərin istifadəyə verilməsi nəticəsində əhaliyə kitabxana xidməti işində də yeni imkanlar açılmış, 21 oktyabr 2010-cu ildə F. Köçərli adına Respublika Uşaq Kitabxanası Bakı şəhəri, S. Vurğun küç., 88 ünvanda yeni tikilinin – 16 mərtəbəli binanın ikinci mərtəbəsində yerləşərək daha rahat və geniş şəraitdə, müasir avadanlıqlarla təchiz olunaraq öz qapılarını uşaqların üzünə açmışdır. Kitabxanada müxtəlif yaş qrupları üzrə abonement, iki oxu zalı və nağıl otağı oxucuların istifadəsindədir.

Kitabxananın strukturu Kitabxanada 9 şöbə və 5 bölmə fəaliyyət göstərir.

Şöbələr Oxuculara xidmət şöbəsi Komplektləşdirmə şöbəsi Kitabxana proseslərinin avtomatlaşdırması və kompüterləşdirməsi şöbəsi Məlumat-biblioqrafiya şöbəsi Elmi-metodika şöbəsi Ölkəşünaslıq və milli ədəbiyyatın təbliği şöbəsi Kütləvi işlər şöbəsi İncəsənət şöbəsi Kitabsaxlayıcı şöbəsi

Bölmələr Kitabişləmə və kataloq bölməsi Kiçik yaş qrupu üzrə xidmət bölməsi Uçot və qeydiyyat bölməsi Mütaliəyə rəhbərlik bölməsi Beynəlxalq əlaqələr və Kitabxanalararası abonement bölməsi

Zallar Kiçik oxu zalı Böyük oxu zalı Nağıl otağı

Filiallar Filial № 1 ünvan: Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi, 565-ci məhəllə ev 2 (sahəsi 92 m²) Filial № 2 ünvan: Bakı şəhəri, Xətai rayonu, İ. İsmayılov küçəsi, 44 (sahəsi 180 m²) Filial № 3 ünvan: Bakı şəhəri, Binəqədi rayonu, R. Aboyev ad. Mədəniyyət və İstirahət parkı (sahəsi 32 m²)

Fəaliyyəti F. Köçərli adına Respublika Uşaq Kitabxanasının fəaliyyəti Azərbaycan Respublikasının qanunvericilik bazasına uyğun olaraq təşkil edilir. Kitabxananın inkişafında 1999-cu ildə qüvvəyə minmiş "Kitabxana işi haqqında" Azərbaycan Respublikasının Qanunu, 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi" haqqında sərəncam, eləcə də 2008-ci ildə təsdiq edilmiş "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008–2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı" mühüm rol oynamışdır.

Respublika Uşaq Kitabxanası uşaq və yeniyetmələrin yaş kateqoriyası, maraq dairəsi, psixologiyasına uyğun olaraq ədəbiyyatın kompleks təbliğini həyata keçirir. Kitabxana məktəblərdə peşəyönümlü təhsil və tərbiyənin həyata keçirilməsinə, uşaqlarda yaradıcı fəallığın, əmək vərdişlərinin, dərketmə qabiliyyətinin, təhsilə və ictimai vəzifələrə sayıq münasibətin inkişafına da kömək edir. Kitabxananın fondundan istifadə bütün vətəndaşlar üçün açıqdır. Oxucular kitabxanadan pulsuz istifadə edə bilər. Kiçikyaşlı oxucular özlərinin və ya valideynlərinin şəxsiyyət vəsiqəsi əsasında qeydiyyatdan keçərək kitabxanadan istifadə qaydaları ilə tanış olurlar. Kitablar oxuculara 10 gün müddətində verilir, zərurət yarandıqda onların istifadə müddəti uzadıla və ya digər kitablarla əvəz oluna bilər.

Kitabxanada müxtəlif yaş kateqoriyalarına uyğun oxu zalları fəaliyyət göstərir. Bu zallar bütün istifadəçilər üçün açıqdır. Kitabxana fondundan istifadə "Kitabxana işi haqqında" Azərbaycan Respublikasının Qanunu, kitabxananın əsasnaməsi və direktor tərəfindən təsdiq edilmiş "Kitabxanadan istifadə qaydaları"na uyğun olaraq həyata keçirilir.

Kitabxananın xidmətlərindən istifadə edən əsas oxucu qruplarına irqindən, milliyyətindən və mənsubiyyətindən asılı olmayaraq şagirdlər, tələbələr, valideynlər, müəllimlər, eləcə də sağlamlıq imkanları məhdud şəxslər daxildir. Kitabxana fondunda uşaq ədəbiyyatı ilə yanaşı, böyük yaş kateqoriyası üzrə də kitablar mövcuddur. Bu baxımdan kitabxanada ailə abonementi fondu da fəaliyyət göstərir.

Kitabxanada avtomatlaşdırma və kompüterləşdirmə istiqaməti 2005-ci ildən etibarən tətbiq edilir. Bu sahədə kitab fondunun elektron informasiya daşıyıcılarına köçürülməsi, elektron kataloqun və müxtəlif məlumat bazalarının yaradılması istiqamətində ardıcıl işlər həyata keçirilmişdir. 2026-ci ilədək elektron kataloqa 288 029 nüsxə sənəd daxil edilmiş, "Qızıl fond" və "Retro" bazaları formalaşdırılmış, elektron kartoteka zənginləşdirilmişdir.

2009-cu ildə "Uşaq İli" çərçivəsində kitabxanada "Dünya uşaq ədəbiyyatının inciləri" adlı beynəlxalq kitab sərgisi keçirilmişdir. Sərgidə müxtəlif ölkələrin səfirliklərinin iştirakı ilə zəngin kitab ekspozisiyası nümayiş etdirilmiş, nəticədə çoxsaylı nəşrlər kitabxana fonduna daxil edilmişdir. Həmin ildə Almaniyanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə alman uşaq ədəbiyyatına həsr olunmuş sərgi təşkil edilmiş və kitabxanaya tematik materiallar hədiyyə olunmuşdur.https://azertag.az/xeber/dunya_usaq_edebiyyatinin_incileri_movzusunda_beynelxalq_kitab_sergisi_kechirilmisdir-462145 Kitabxana həmçinin hər il 2 aprel – Beynəlxalq Uşaq Kitabı Günü münasibətilə Milli Uşaq Kitabı Sərgisi təşkil edir.