London körpüsü () — İngiltərənin paytaxtı London şəhərində, Temza çayı üzərində yerləşən körpü. Körpünün əsası eramızın 50-ci ilində qoyulsa da müasir London körpüsü 1973-cü ildə istifadə verilmişdir.

Tarixi

thumb|Körpünün üzərindəki evlər

Körpü şəhər mərkəzi ilə Soutvark səmti arasında yerləşir. 1750-ci ilə qədər Temza çayı üzərində yeganə körpü olmuşdur. Körpünün şimalında Böyük London Yanğınınan həsr olunmuş abidə yerləşir.

Körpünün əsasını 2000 il əvvəl romalılar qoymuşdur. 60-cı illərdə taxta körpü ilk dəfə Temza çayının iki sahilini birləşdirmişdir.

Bir çox dəfə yıxılıb tikilən körpü 1000-ci ildən başlayaraq üzərində ev tikilmək üçün istifadə olunmağa başlanmışdır. Bu evlər əsasən varlılara mənsub olmuşdur. 1212-ci ildə körpünün hər iki tərəfində eyni zamanda başlayan yanğında 3.000 nəfər ölmüşdür. 1666-cı ildəki Böyük london Yanğınında körpü üzərindəki evlər ziyan görməsə də 1750-ci illlərdə evlər sökülməyə başlamışdır.

İndiki müasir London körpüsü 1967-1973-cü illərdə inşa edilmiş və kraliça II Elizabet tərəfindən 17 mart 1973-cü il tarixində açılmışdır. 283 metr uzunluğundadır.

Xarici keçidlər

The London Bridge Museum and Educational Trust Views of Old London Bridge ca. 1440, BBC London Southwark Council page with more info about the bridge Virtual reality tour of Old London Bridge Old London Bridge, Mechanics Magazine No. 318, September 1829 The London Bridge Experience

Kateqoriya:Londondakı körpülər Kateqoriya:XIII əsr memarlığı Kateqoriya:Temza çayı üzərindəki körpülər Kateqoriya:Dəmir-beton körpülər