Əbülfərəc İsfahani və ya Əbulfərəc əl-İsfahani (; ; d. 897 — ö. 967) — şiə tarixçi, ərəb ədəbiyatçısı və musiqişünas

Həyatı Əbülfərəc İsfahani hicri 284-cü ildə İsfahan şəhərində dünyaya gəlmişdir. O, Bağdad şəhərində böyümüş və oranın böyük alimlərindən bəhrələnmişdir. Nəsli Əməvilər sülaləsindəndir.Səqr, Seyyid Əhməd, Məqatilut-talibin kitabının müqəddiməsi, səh.5, Əş-Şərifər-Rəzi nəşriyyatı

Yaradıcılığı Onuncu yüzilliyin görkəmli ərəb tarixçisi, ədəbiyatçısı və musiqiçisi olan Əbülfərəc İsfahaninin "Nəğmələr kitabı" (əl-Əğani) Şərqin ən dəyərli yazılı abidələrindən sayılır. Kitabdakı fəsillərdən ikisi Bənu Amir qəbiləsindən olan Qeys ibn Müləvvəh — dünyanın Məcnun kimi tanıdığı şair haqqındadır.

Onun "Məqatilut-talibin" əsəri də ən məşhur tarix əsərlərindən biridir. Bu tarix kitabında qətlə yetirilən Əbu Talibin və Əli ibn Əbu Talibin nəsli araşdırılır.

Kitabları Azərbaycan dilində Əbülfərəc İsfahani. Bir məcnun vardı. Bakı, "Yazıçı", 1990, 4 ç.v. (Ərəb dilindən tərcümə, ön söz və şərhlər Gövhər Baxşəliyeva) ISBN 5-560-00163-5 Əbulfərəc əl-İsfahani. Nəğmələr kitabı. Bakı, "Elm", 1994. (Ərəb dilindən tərcümə və şərhlər Gövhər Baxşəliyeva) Əbdülfərəc əl-İsfahani. "Nəğmələr kitabı" və klassik Azərbaycan ədəbiyyatı. Bakı, "Elm", 1998. (Ərəb dilindən tərcümə və şərhlər Gövhər Baxşəliyeva) Əbülfərəc İsfahani. Ölməzliyə aparan yol. Bakı, Adiloğlu, 2010, 156 səh. (Ərəb dilindən tərcümə, tədqiqat, şərh və qeydlər Gövhər Baxşəliyeva)

Rus dilində Абу-л-Фарадж ал-Исфахани. Рассказы о Кайсе ибн Мулаввахе по прозвищу Меджнун и арабоязычных азербайджанских поэтах. Баку, Элм, 2006, 374 стр.

İstinadlar

Kateqoriya:X əsr şəxsləri Kateqoriya:İsfahanda doğulanlar Kateqoriya:Bağdadda vəfat edənlər Kateqoriya:967-ci ildə vəfat edənlər Kateqoriya:Ərəb tarixçilər Kateqoriya:IX əsr şairləri Kateqoriya:IX əsr tarixçiləri Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri