Zond boğazı () — Yava adasını Sumatra adasından ayırır. Sakit okeanına daxil olan Yava dənizini Hind okeanı ilə birləşdirir. Boğazda çoxlu sayda vulkan məşəli adalar vardır. Krakatau vulkanında 1883-cü ildə dünya tarixində ən güclü partlayış və püskürmə baş vermişdir. Zond boğazının şimal-qərbdə eni 24 km təşkil edir. Dərinliyi 20 m-dir. Bu da boğazdan böyük tonnajlı gəmilərin üzməsini mümkünsüz edir. Uzunluğu 130 km təşkil edir. 1960-cı illərdən Yava və Sumatra adalarını birləşdirmək üçün körpü tikilməsi planlaşdırılır.

İstinadlar

Mənbə Yava və Sumatra adası arasında tikiləcək körpünün layiyəsi

Həmçinin bax

Kateqoriya:Sakit okeanın boğazları Kateqoriya:Hind okeanının boğazları Kateqoriya:İndoneziya boğazları