Dördüncü Kuril boğazı — Sakit okeanına daxil olan Ançiferova və Paramuşir adalarını Onekotan və Makanruşi adasından ayırır. Oxot dənizini Sakit okeanı ilə birləşdirir. Uzunluğu 30 km, ən dar eni isə 1,5 km təşkil edir. Dərinliyi 1110 m-ə çatır. Sahili qayalı və sıldırımlıdır. Boğazda Vasili, Kapustnı (Paramuşir), Kimberley, İvan-Malı (Onekotan), Polubosnı (Makanruşi) burunları vardır. Bura Bolşaya, ruçi Fomelnı, Krivoy, Novov, Skalnı və Poloqi çayları tökülür. Şimal hissədə Vasili körfəzi yerləşir. Şimalında Lujin boğazı, cənubunda isə Evreinov boğazı yerləşir. Kuril adalarının sıra sayına görə dördüncü olduğü üçün in bu cür adlandırılmışdır. Sahillərində yaşayış məntəqələri yoxdur. Saxalin diyarının ərazisinə daxildir.

Mənbə Tapoqrafik xəritəsi

Kateqoriya:Sakit okeanın boğazları Kateqoriya:Kuril adaları boğazları Kateqoriya:Avrasiya boğazları Kateqoriya:Oxot dənizinin boğazları Kateqoriya:Şimali Kuril şəhər dairəsinin boğazları