Ön şəkilçi və ya prefiks — sözün önünə artırılaraq, sözə yeni bir məna verən şəkilçilər. Ön şəkilçilər, ümumiyyətlə, Azərbaycan dili üçün xarakterik deyil. Lüğət tərkibimizdə olan ön şəkilçilər bütünlüklə alınmadır. Azərbaycan dilində rast gəlinən ön şəkilçilər ərəb-fars və avropa mənşəlidir:
Nümunələr Ərəb-fars mənşəli Bi- – inkar mənada işlənir və “-sız”, “olmayan” kimi başa düşülür.Məsələn:bixəbər Na- – “bi” ilə eyni mənada işlənir.Məsələn:nalayiq La- – inkarlıq bildirir. Ba- – “na” və “bi” ön şəkilçilərinin antonimidir və dilimizdəki "-li" şəkilçisinin ifadə etdiyi mənada başa düşülür.Məsələn:baməzə Qeyri- – əkslik bildirir. Bəzi avropa mənşəli sözlərə də qoşula bilir. Məsələn: Qeyri-müəyyən, qeyri – etik
Avropa mənşəli a- – inkar mənada işlənir. Məsələn: Normal – anormal anti- — inkarlıq, “əleyhinə” mənasında işlənir. Məsələn: Türk – antitürk Bu şəkilçilərlə işlənən sözlərin sonuna milli leksik şəkilçilər də əlavə edilə bilir. Məsələn:səddən biqəm – biqəmlik, biqərar – biqərarlıq
İstinadlar
Kateqoriya:Ön şəkilçilər Kateqoriya:Dilçilik Kateqoriya:Sözlər Kateqoriya:Dilçilik terminləri