Memento mori — latın dilində "fani olduğunu xatırla", "öləcəyini xatırla" və ya "ölümünü xatırla" mənasına gələn bir deyimidir.
thumb|250px|Memento mori döyməsi.
Mənası Memento mori (lat. öləcəyini xatırla) dünyəvi həyatın müxtəlifliyini və dünya malının müvəqqəti təbiətini xatırlatmaqla ölümlülüyü əks etdirən orta əsrlər Latın nəzəri fikridir. Memento mori diqqəti ruhun ölümsüzlüyünə və ölümdən sonrakı həyata yönəltməklə xarakteri mükəmməlləşdirmək vasitəsi olaraq tərki-dünyalıq qaydalarının mühüm bir hissəsidir. İncəsənətdə memento mori ölümlülüyün bədii və ya simvolik xatırladıcısıdır.
İslamda İslam Peyğəmbərinin zamanından "ölümün xatırlanması" İslam mistisizminin və ya Sufizmin əsas mövzularından biri olmuşdur. Bu, köhnə nəsillərin talelərinə diqqət yetirmək barədə göstərişlər verən Quranda da öz əksini tapmışdır. Ölüm və həyatın mənasızlığı haqqında düşünmək üçün tez-tez məzarlıqlara baş çəkdiklərindən Sufilər bəzən əhli-qəbir, yəni "məzar əhalisi" də adlandırılmışlar.
Həmçinin bax Latın ifadələri Errare humanum est Karpe diem
İstinadlar
Kateqoriya: Latın ifadələri Kateqoriya:Memento mori Kateqoriya:Stoaçılıq Kateqoriya:Frazeologizmlər Kateqoriya:Xristianlıq tarixi Kateqoriya:Xristian terminologiyası Kateqoriya:Ədəbiyyat terminləri Kateqoriya:Salamlama