Mel Kolmsil Cerard Gibson (; ) — Avstraliya-Amerika əsilli kinoaktyor, rejissor, ssenarist və prodüserdir.

Həyatı Mel Gibson 3 yanvar 1956-cı ildə ABŞ-nin Nyu-York ştatının Pikskil şəhərində anadan olmuşdur. Ailədə 11 uşaqdan 6-cısı idi. Atası Hatton Gibson dəmiryolu konduktoru kimi çalışırdı. Mel doğulduqdan dərhal sonra ailə Avstraliyanın Yeni Cənubi Uels əyalətinə köçür. Məktəbi bitirdikdən sonra Sidney şəhərində yerləşən Yeni Cənubi Uels Universitetində təhsil almışdır.

Şəxsi həyatı 7 iyun 1980-ci ildə Robin Mur ilə ailə həyatı qurmuşdur. 2006-cı ilin avqustunda cütlük ayrı yaşamağa başladı və 2009-cu il aprelin 13-də Robin boşanmaq üçün məhkəməyə müraciət etdi. Aprelin 28-də Mel Gibson "X Adamlar: Rosomaxa" filminin açılış mərasiminə rus pianoçusu Oksana Qriqoryeva ilə birlikdə gəldi və mayın 26-da Cey Lenonun televiziya şousunda Oksanadan uşağı olacağını etiraf etdi. 30 oktyabr 2009-cu ildə onların Lüsiya adlı qızları dünyaya gəldi. 2010-cu ilin aprelində Mel Gibson Oksana Qriqoryeva ilə münasibətləri kəsdiyini elan etmiş və iyun ayında Lüsiyanın himayəsinin valideynlərdən hansına verilməsi barədə məhkəmə çəkişməsi başlamışdır. Mel Gibsonun Robin Murla evliliyindən 7 uşağı var.

Filmoqrafiya İl Film Rol 1977 Yay şəhəri Skollop 1979 Tim Tim 1979 Dəlisov Maks Maks Rokatansk 1981 Dəlisov Maks 2 Maks Rokatansk 1984 Çay Tom Harvi 1987 Ölümcül silah Martin Riqqs 1989 Ölümcül silah 2 Martin Riqqs 1990 Hamlet Hamlet 1992 Ölümcül silah 3 Martin Riqqs 1992 Əbədi cavan 1993 Sifətsiz adam 1994 Meverik 1995 Cəsur ürək Uilyam Volles 1995 Kasper 1995 Pokahontas Cim Smit 1997 Atalar günü 1998 Ölümcül silah 4 Martin Riqqs 2000 Qadınlar nə istəyirlər 2000 Vətənpərvər 2002 İşarələr Rahib Qrem Hess 2004 Paparassi 2004 İsanın ehtirasları 2004–2005 Əsl vəhşilər 2006 Apokalipsis qeyd: filmin rejissoru 2010 Oyanış 2013 Maçete öldürür Lüter Voz 2014 Qabağıalınmazlar 3 Konrad Stounbenks

İstinadlar

Xarici keçidlər

Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:ABŞ aktyorları Kateqoriya:Avstraliya aktyorları Kateqoriya:ABŞ ssenaristləri Kateqoriya:XX əsr aktyorları Kateqoriya:ABŞ kinoprodüserləri Kateqoriya:ABŞ kinorejissorları Kateqoriya:XX əsrin ssenaristləri Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:ABŞ-nin Roma katolikləri