Borisov Arena () — Belarusun Borisov şəhərində yerləşən UEFA-nın 4 ulduzlu futbol stadionu. Stadionda BATE Borisov FK və Belarus milli futbol komandası ev oyunlarını burada keçirir. Stadionun tamaşaçı tutumu 13.126 nəfərdir.
Tarixi Borisov Arenanın inşaasına 2011-ci ildə başlanılmış və 2014-cü ildə tamamlanmışdır. Tikintisinə 40.000.000 € sərf olunmuşdur. Bu stadiondakı ilk oyun 3 may 2014-cü ildə keçirilən Belarus kubokunun finalı olmuşdur. Neman Qrodno FK və Şaxtyor Soliqorsk FK komandaları arasında baş tutmuş oyunda ikinci tərəf 1:0 qələbə qazanmışdır. Stadionda ilk qolu 11.000 tamaşaçının önündə yarımmüdafiəçi Artem Starqorodski atmışdır. Stadionda tamaşaçı rekordu isə 21 oktyabr 2014-cü ildə "Şaxtyor" (Donetsk) — BATE (Borisov) oyununda qeydə alınmışdır. (12.113)
Beynəlxalq görüşlər Belarus milli futbol komandası burada ilk oyununu yoldaşlıq oyunu çərçivəsində 4 sentyabr 2014-cü ildə Tacikistan milli futbol komandasına qarşı keçirmiş və 6:1 qalib gəlmişdir. Stadionda ilk rəsmi oyun isə futbol üzrə Avropa çempionatı 2016-ın seçmə mərhələsi çərçivəsində 10.512 tamaşaçı önündə 9 oktyabr 2014-cü ildə Belarus və Ukrayna (0:2) arasında keçirilmiş oyundur.
Beynəlxalq oyunların siyahısı # Tarix Rəqib Nəticə Tamaşaçı Müsabiqə 1. 4 sentyabr 2014 Tacikistan 6–1 Yoldaşlıq 2. 9 oktyabr 2014 Ukrayna 0–2 10,512 Avropa çempionatı 2016-ın seçmə mərhələsi 3. 12 oktyabr 2014 Slovakiya 1–3 Avropa çempionatı 2016-ın seçmə mərhələsi 4. 18 noyabr 2014 Meksika 3–2 Yoldaşlıq 15 iyun 2015 İspaniya Avropa çempionatı 2016-ın seçmə mərhələsi 8 sentyabr 2015 Lüksemburq Avropa çempionatı 2016-ın seçmə mərhələsi 12 oktyabr 2015 Makedoniya Avropa çempionatı 2016-ın seçmə mərhələsi
Qalereya
İstinadlar
Xarici keçidlər Rəsmi sayt (ru) Rəsmi sayt (en)
Kateqoriya:Belarus futbol stadionları