Corc Gellap (; ) — alim, jurnalist, statistik, pedaqoq, ictimai rəyin öyrənilməsi üzrə elmi metodların müəllifi.

1928-ci ildə ABŞ-nin Ayova ştatında "Oxucuların qəzet materiallarına olan marağının müəyyənləşdirilməsinin obyektiv metodu" adlı PhD dərəcəsi üzrə dissertasiyasını müdafiə etmişdir. 1932–36-cı illərdə reklam agentliyində çalışmış və ilk dəfə bazarın araşdırılması üçün müştərilərin sorğularını tətbiq etmişdir.

1935-ci ildə Amerika ictimai rəy institutunun əsasın qoymuşdur və bu institut artıq növbəti il prezident seçkiləri öncəsi sorğuların təşkilatçısı kimi məşhurlaşmışdır. 1958-ci ildə bu institut digər strukturlarla birgə "The Gallup Organization" adı altında birləşdirilmişdir.

İstinadlar

Kateqoriya:ABŞ sosioloqları Kateqoriya:Kolumbiya Universitetinin müəllimləri