Argentina Xarici Borc Muzeyi (, ) — Buenos-Ayres Universitetinin tərkibində olan qurumlardan biri.
Tarixi 28 aprel 2005-ci il tarixində Argentinanın paytaxtı Buenos-Ayresdə, Buenos-Ayres Universitetinin İqtisadiyyat fakültəsində fəaliyyətə başlamışdır.
Məqsədi Muzey xarici borc təhlükələrinə diqqət çəkmək məqsədiylə yaradılmışdır. Belə ki, 2001-ci ildə Argentinada yaşanan iqtisadi böhran nəticəsində üsyanlar çıxmış, bir çox mağaza və market talan edilmişdir. Bu dövrdə Argentinanın xarici borcu tarixin ən yüksək səviyyəsinə qalxaraq 100 milyard dollardan çox olmuşdur.
Muzeydə Argentinanın 1810-cu ildə müstəqilliyi qazanmasından sonra xarici borcun necə böyüdüyü və bu borcun böyüməsində məsuliyyəti olan partiyalara diqqət yönəldilir.
Fəaliyyəti Muzeyə giriş pulsuzdur.
İstinadlar
Xarici keçidlər Clarin newspaper BBC
Kateqoriya:Buenos-Ayres Universiteti Kateqoriya:28 apreldə yarananlar Kateqoriya:2005-ci ildə yaradılmış muzeylər Kateqoriya:İqtisadiyyat muzeyləri Kateqoriya:Buenos-Ayres muzeyləri Kateqoriya:Argentina iqtisadiyyatı