thumbnail|Məktəbin binası Alpert Tibb Məktəbi () — Braun Universitetində tibb proqramını həyata keçirən təhsil müəssisəsiLamiyə Əliyeva, Dünya universitetləri: Braun Universiteti , "Azərbaycan müəllimi" qəzeti, 09.04.2010, № 13.

Tarixi 1811-ci ildə yaradılmışdır.

1991-ci ildən məktəb Braun Tibb Məktəbi adlandırılır.

2007-ci ildə iş adamı Uorren Alpert məktəbə 100 milyon dollar vəsait yardım edir. Bunun qarşılığında məktəbin adı dəyişdirilərək Uorren Alpert Tibb Məktəbi olur.

Fəaliyyəti Hazırda bu məktəb Amerikanın ən rəqabətli məktəblərindəndir. Məktəbə qəbul olmaq istəyənlərin yalnız 2%-dən aşağısı müsabiqədən uğurla keçir.

Məktəbdə hüceyrə biologiyası, fiziologiyası, biokimya, qidalanma, immunologiya və genetika, mikroskopik anatomiya, ümumi patologiya, neyrobiologiya, patofiziologiya, neyrofarmokologiya, mikrobiologiya, epidemiologiya, endokrin patofiziologiya, kardiologiya, nefrologiya, pulmonologiya, gematologiya, qastroenterologiya və s. elmlər öyrədilir.

Burada 4 il təhsil aldıqdan sonra tələbələr bakalavr diplomu alır və avtomatik olaraq təhsilini MD (latın dilindən "Medicinae Doctor" - tibb doktoru) dərəcəsi almaq üçün davam etdirir. Ümumilikdə, tibbi təhsil burada 8 ildir. Məktəb MD/PhD/MPH və tibb doktoru /MPP dərəcələri təklif edir.

Mərkəz və hospitalları Alpert Tibb Məktəbinin nəzdində Providens Tibb Mərkəzi və Rod Aylend, Miriam, Memorial, Batler, Emma Pendlton Bradli, Qadın və Uşaq hospitalları fəaliyyət göstərir.

İstinadlar

Xarici keçidlər

Brown University Laboratories for Molecular Medicine Brown Medicine Magazine Program in Liberal Medical Education Lifespan Partners Care New England Health System

Kateqoriya:1811-ci ildə yarananlar Kateqoriya:Braun Universiteti Kateqoriya:Sarmaşıq Liqası tibb məktəbləri