Noyzidler gölü və ya Nöyzidler-Ze (; ; ) və ya Ferto gölü () — Avstriya ilə Macarıstan sərhədində yerləşən göl.
Haqqında Avropanın ikinci ən böyük qapalı hövzəsidir. Sahəsi 315 km2 olub, bu sahəsinin 240 km2-i Macarıstanda, qalan 75 km2-i isə Avstriyada yerləşir. Göl suyu ilə 1.120 km2 sahə sulanmaqdadır. Uzunluğu 36 km, eni 12 km-dir. Ən dərin yeri cəmi 1,8 metrdir. Quraqlıq mövsümləri səbəbi ilə gölün sahəsi bir çox dəfə dəyişmiş, hətta tarixdə bir neçə dəfə qurumuşdur.
Gölün ətrafı incə su qamışları ilə örtülmüşdür. Bir çox dəfə bu su qamışları alov alaraq böyük yanğınlara səbəb olmuşdur.
UNESCO Avstriyada bu gölün ətrafına yaradılan Si-Sivinkel Milli Parkı və Macarıstanda bu gölün ətrafında yaradılan Ferto-Hasanq Milli Parkı göllə birlikdə 2001-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına düşməklə yanaşı göl bir Ramsar yeridir.
Qalereya
İstinadlar
Xarici keçidlər
Ferto gölü
Kateqoriya:Avstriya gölləri Kateqoriya:Macarıstan gölləri Kateqoriya:Macarıstan biosfer qoruqları Kateqoriya:Avstriya biosfer qoruqları Kateqoriya:Avstriyada Ramsar yerləri Kateqoriya:Macarıstanda Ramsar yerləri Kateqoriya:Sərhəd gölləri Kateqoriya:Axarsız göllər Kateqoriya:Dunayın hövzəsi Kateqoriya:Avropadakı duzlu göllər Kateqoriya:Avropadakı axarsız göllər Kateqoriya:Macarıstandakı ümumdünya irsi Kateqoriya:Avstriyadakı ümumdünya irsi