Vindhuk Bəyannaməsi () — azad və müstəqil informasiya vasitələrinə yardımçı olmaq məqsədilə bütün dünya dövlətlərinə mətbuat azadlığının və demokratikliyinin təmin edilməsinə yardımçı olmağa çağıran sənəd.Sevinc Nəzərova. 3 May- Beynəlxalq Söz və Mətbuat Azadlığı Günüdür . "Səs" qəzeti, 04.05.2010, səh. 10.

Tarixi 1991-ci il mayın 3-də Namibiyanın paytaxtı Vindhukda regional seminara toplaşmış jurnalistlər tərəfindən qəbul edilmişdir. Bununla əlaqədar BMT Baş Assambleyası 1993-cü ildə 3 may tarixini Ümumdünya Mətbuat Azadlığı Günü kimi qeyd etmək barədə qərar qəbul etmişdir. BMT-nin qəbul etdiyi bu qərar "Ümumdünya insan hüquqları bəyannaməsi"nin 19-cu maddəsində göstərilmiş fikir və ifadə azadlığı hüquqlarına istinad edir.Ömər Əmirov. Media qanunvericiliyini təkmilləşdirməyə ehtiyac varmı? — İKİ MÖVQE . publika.az, 03.05.2012

Maddə 19. Hər bir insan əqidə azadlığı və onu sərbəst ifadə etmək azadlığı hüququna malikdir: bu hüquqa maneəsiz olaraq öz əqidəsində qalmaq azadlığı və istənilən vasitələrlə və dövlət sərhədlərindən asılı olmayaraq, informasiya və ideyalar axtarmaq, almaq və yaymaq azadlığı daxildir.

Həmçinin bax Ümumdünya Mətbuat Azadlığı Günü

İstinadlar

Kateqoriya:1991-ci ildə yarananlar Kateqoriya:3 mayda yarananlar Kateqoriya:İnsan hüquqları Kateqoriya:1991-ci ildə Afrika Kateqoriya:Mətbuat azadlığı Kateqoriya:İnsan hüquqları haqqında sənədlər