Angela Merkel (; ) — Almaniya siyasətçisi və dövlət xadimi, Xristian Demokrat İttifaqının lideri (2000) və Almaniya Federativ Respublikasının Federal Kansleri (2005–2021). O, hər iki vəzifəni tutan ilk qadındır.

Merkel Qərbi Almaniyanın Hamburq şəhərində anadan olub. O, hələ körpə ikən ailəsi Şərqi Almaniyaya köçüb. Şərqi Almaniyada kommunist yönümlü "Azad Alman Gəncləri" (FDJ) təşkilatının üzvü olan Merkel, 1986-cı ildə kvant kimyası üzrə doktorluq dərəcəsi alıb və 1989-cu ilə qədər elmi tədqiqatçı kimi çalışıb. Daha sonra, 1989-cu il inqilabları dövründə siyasətə qədəm qoyub və Lotar de Mezyerin rəhbərlik etdiyi, Şərqi Almaniyanın ilk demokratik yolla seçilmiş hökumətində qısa müddət ərzində hökumət sözçüsünün müavini vəzifəsində işləyib. 1990-cı ildə Almaniyanın birləşməsindən sonra Merkel Meklenburq-Ön Pomeraniya əyalətindən Bundestaqa üzv seçilib. Kansler Helmut Kolun himayəsində olan Merkel 1991-ci ildə Qadın və Gənclər İşləri üzrə nazir təyin edilib, 1994-cü ildə isə Ətraf Mühit, Təbiətin Mühafizəsi və Nüvə Təhlükəsizliyi naziri vəzifəsinə gətirilib. Xristian Demokrat İttifaqı 1998-ci il federal seçkilərində məğlub olduqdan sonra Merkel partiyanın baş katibi seçilib. İki il sonra isə o, partiyanın ilk qadın lideri, eyni zamanda müxalifətin ilk qadın rəhbəri olub.

Fiziki kimya ixtisası üzrə doktorant təhsili qazanan Merkel 1989-cu il inqilabının başladığı vaxtlarda siyasətə daxil olur və qısa müddət ərzində 1990-cı ildə ilk dəfə olaraq demokratik şəkildə seçilmiş Şərqi Almaniya Hökumətində məsləhətçi kimi xidmət edir. 1990-cı ildə alman torpaqlarının yenidən birləşdirilməsinin ardınca Merkel Meklenburq-Ön Pomeraniya vilayətində Stralsund – Nordvorpommern – Rügen seçki dairəsindən Bundestaqa seçilir və o zamandan Bundestaqdakı yerini qoruyur. Sonralar o, 1991-ci ildə Kansler Helmut Kol tərəfindən Qadınlar və gənclərin məsələləri üzrə Federal Nazir təyin edilib.

1994–1998-ci illərdə Ətraf mühit, Təbiəti mühafizə, Tikinti və Nüvə təhlükəsizliyi məsələləri üzrə Federal Nazir kimi fəaliyyət göstərib.

2000-ci ildə Merkel Xristian Demokratik Partiyasının sədri seçildi. 2005-ci il federal seçkilərinin ardından Angela Merkel, Xristian Demokrat İttifaqı, Xristian Sosial İttifaqı və Almaniya Sosial Demokrat Partiyasının daxil olduğu böyük koalisiyanın başçısı kimi Almaniyanın ilk qadın Federal Kansleri təyin edildi.

Angela Merkelin kansler olduğu dövrdə Almaniya Federativ Respublikası Avropa dəyərlərinin Avropa İttifaqı daxilində və xaricində təbliği və möhkəmləndirilməsinə əsaslanan hərtərəfli xarici siyasət modeli hazırlamışdır.

Həyatı Ailəsi və uşaqlığı (1954–1960) Merkel 1954-cü ildə Hamburqun Eimsbüttel rayonunda Angela Dorothea Kasner adı ilə dünyaya göz açıb.Angela Merkel: Pfarrertochter aus Hamburg, Physikerin, Kanzlerin Altkanzlerin feiert Geburtstag Atası əslən berlinli, lüteran pastoru Horst Kasner (1926–2011; doğum adı Kaźmierczak), anası, əslən Dansiqdən (indiki Qdansk, Polşa) olan ingilis və latın dili müəllimi Herlind Kasnerdi (1928–2019; qızlıq soyadı Jentzsch).Merkel hat polnische Wurzeln

1954-cü ildə, qızının dünyaya gəlməsindən cəmi bir neçə həftə sonra ailə Hamburq-Eppendorfdan Almaniya Demokratik Respublikasına köçdü. Horst Kasner Berlin-Brandenburq Yevangelist Kilsəsində, Kvitsou kəndində (hazırda Perleberq şəhərinin bir hissəsi) pastor kimi fəaliyyətə başladı. 1957-ci ildə Horst Kasner kilsə nəzdində peşə hazırlığı mərkəzinin yaradılmasına kömək etmək üçün daimi olaraq Templinə köçdü. Angela Kasner məhz orada böyüdü. Atası pastor olduğu üçün anası ADR-in dövlət məktəb sistemində işləyə bilmirdi. Was an Angela Merkels Mutter vorbildlich ist. 1957-ci il iyulun 7-də Angelanın qardaşı Markus, 1964-cü il avqustun 19-da isə bacısı İrena dünyaya gəldi.

Merkel alman və polyak əsillidir. Atası tərəfdən babası Ludvik Kasner, polyak mənşəli alman polis əməkdaşı idi. "Merkels polnische Wurzeln: Großvaters Krieg". O, Birinci Dünya müharibəsi zamanı əsir düşmüşdü.Großvaters Krieg. Müharibə qirtardıqdan sonra Merkelin nənəsi, Berlindən olan alman Marqaret ilə evləndi və Berlinə köçdü.Six things you didn't know about Angela Merkel"The German chancellor's Polish roots"Kanzlerin Angela Merkel ist zu einem Viertel Polin

Məktəb illəri və təhsil (1961–1978) 1961-ci ildə Angela Kasner Templindəki politexnik orta məktəbdə (hazırda "Active Nature School Templin" kimi tanınır) birinci sinfə gedib.Merkels Lehrerin – „Angela war hochbegabt“. O, tədrisdə orta səviyyədən daha yaxşı nəticələr göstərir, həm rus dili, həm də riyaziyyat fənləri üzrə sinfin ən yaxşı şagirdi olurdu. Məktəbdə oxuyarkan o, "Azad Alman Gəncləri" təşkilatının üzvü idi. 1973-cü ildə o, Templindəki İxtisaslanmış Orta məktəbin buraxılış imtahanlarını (*Abitur*) ən yüksək qiymətlərlə bitirib, həmçinin Lessinq medalı ilə təltif olunub.Plötzlich war Merkel da!

1973-cü ildə Angela Leypsiq Universitetinə fizika ixtisası üzrə daxil olub. O, ADR-da heç bir müxalif qrupa daxil deyildi.

Angela Merkelin 1978-ci ilin iyununda yazdığı diplom işi "əla" qiymətinə layiq görülmüşdür.Merkel, Angela (geb. Kasner) Bu iş həmçinin, ADR Elmlər Akademiyasının İzotop və Radiasiya Tədqiqatları Mərkəzi İnstitutunda işlənmişdir.Bundeskanzlerin Angela Merkel (2005 – 2021)

Şərqi Berlin Elmlər Akademiyası (1978–1990)

İstinadlar

Xarici keçidlər

Şəxsi vebsaytı

Həmçinin bax Almaniyanın Federal kanslerinin siyahısı

Kateqoriya:Almaniya hökumət başçıları Kateqoriya:Almaniya siyasətçiləri Kateqoriya:Almaniya siyasi xadimləri Kateqoriya:Hamburqda doğulanlar Kateqoriya:Yaşayan insanlar Kateqoriya:Time jurnalının "İlin adamı" Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:XX əsr siyasətçiləri Kateqoriya:Almaniya lüteranları Kateqoriya:Avtobioqrafiyalar Kateqoriya:Qadın baş nazirlər Kateqoriya:Almaniya kimyaçıları