Viktoriya boğazı ()- Kanada Arktik arxipelaqına daxil olan Viktoriya (ada)sini Kinq-Vilyam adasından ayırır. Kanadanın şumal-qərbində Nunavut vilayəti ərazisində yerləşir. Boğaz Kuin-Mod körfəzini cənubdan, Franklin boğazını şimal-şərqdən, Mak-Klinton boğazı ilə isə şimal-qərbdən birləşdirir. Eni 80–130 km, uzunluğu 160 km təşkil edir. Boğazın cənub qutaracağında Cenni-Lind və Royal Geografikal Sosayeti adaları yerləşir. Şimal-Qərb keçidinin əsas istiqaməti ərazidən keçir. Lankaster boğazı, Barrou boğazı, Pil boğazı, Franklin boğazı, Larsen körfəzi, Viktoriya boğazı, Kuin-Mod körfəzi, Dis boğazı, Koroneysen körfəzi, Dolfin və Yunion boğazı və Amudsen körfəzi bu yolun əsasını təşkil edir. İlin böyük qismi buzla örtülü olurPharand, Donat; Legault, L.H. (1984). The Northwest Passage. Arctic Straits Martinus Nijhoff Publishers. pp. 12. ISBN 9024729793.

Tarixi

1845-ci ildə ingilis qütb ekspedisiyası Con Franklinin başçılığı ilə boğaza daxil olur. <<Erebus və Terror>> gəmiləri ilə təkil edilən ekspedisiyası fəlakətlə üzləşir. Ekspedisiya üzvlərindən 128 nəfərdən heç biri bəladan qurtula bilmir. Fəlakət boğazın şimal-qərbində Kinq-Vilyam adası yaxınlığında baş verir. Boğazı ilk dəfə "Con.A. Makdonald" buzqıran gəmizi keçir. Boğaz yaxınlığında yerləşən eyni adlı adanın adı kimi ingilis kralıçası Viktoriyanın şərəfinə adlandırılmışdır. İstinad

Kateqoriya:Şimal Buzlu okeanının boğazları Kateqoriya:Şimali Amerika boğazları Kateqoriya:Kanada boğazları Kateqoriya:Nunavut boğazları Kateqoriya:Şəxslərin şərəfinə adlandırılmış boğazlar