Həsən Mehdiyev (Həsən Musa oğlu Mehdiyev; ) – yazıçı, nasir, publisist.

Həyatı Həsən Mehdiyev Nаxçıvan Pedaqoji Tеxnikumunu bitirmiş (1941), Bakıda ikiillik partiya məktəbinin müdavimi (1947–1949) olmuşdur. Böyük Vətən müharibəsinin (1941–1945) iştirakçısıdır. Ordudan tərxis edildikdən sonra Şahbuzda, Naxçıvanda sovet, komsomol və partiya işində çalışmışdır.

Həsən Mehdiyev 1952-ci ildə Bakıya köçmüş, nəşriyyat və mətbuat sahəsində fəaliyyət göstərmiş, "Azərnəşr"də bədii ədəbiyyat şöbəsinin müdiri (1967–1972), "Elm və həyat" jurnalının baş redaktoru (1975–1993) olmuşdur.

Həsən Mehdiyev "Nаxçıvan" adlı ilk kitabı 1959-cu ildə nəşr edilmişdir. "Mənim Gülgəz bacım" (1971), "Dağ çiçəyi" (1980) povestlərinin, "Əlvida demədik" (1969), "Оxşar talelər" (1982), "Sənsiz keçən günlərim" (1985), "Dünyamı qaytar mənə" (1989) romanlarının müəllifidir. Hekayələri ("Sevgi rapsodiyası" toplusu, 1969), publisistik yazıları var.

İstinadlar

Kateqoriya:Azərbaycan Yazıçılar Birliyinin üzvləri Kateqoriya:İkinci Dünya müharibəsi iştirakçıları