Saira Bleyr (; d. 11 iyul 1996) — ABŞ siyasətçisi.Saira Bleyr-Amerikanın ən gənc qanunvericisi . voanews.com, 06.11.2014 Qərbi Virciniya ştatının Nümayəndələr Palatasının üzvü.

Həyatı 11 iyul 1996-cı ildə siyasətçi ailəsində anadan olmuşdur. Atası Kreyq Bleyr Qərbi Virciniya ştatının parlamentində senatordur.

Saira siyasətlə hələ məktəb illərindən maraqlanmağa başlayıb. Uşaq yaşlarından atasının siyasi kampaniyası ilə maraqlanmış və daha sonra özü də siyasətlə məşğul olmağa başlayanda atasından məsləhətlər almışdır.

Qərbi Virciniya Universitetinin İqtisadiyyat fakültəsində təhsil alır.

2014-cü ildə respublikaçıların namizədi olan Saira Bleyr rəqibi - demokrat namizəd Leyn Diel üzərində qələbə çalaraq, seçicilərin səslərinin 62.69 faizini toplamış və Qərbi Virciniya ştatının Nümayəndələr Palatasına ən gənc üzv seçilmişdir.

İstinadlar

Xarici keçidlər Official page at the West Virginia Legislature

Kateqoriya:ABŞ-də doğulanlar