"Maxaraca ekspressi" — Asiyanın ən bahalı qatarıMaxaraca ekspressi – Asiyanın ən bahalı qatarı . banker.az

Marşrutu "Maxaraca ekspressi" bütün Hindistan boyu hərəkət edir. Bu qatarla səyahət 8 gün üçün nəzərdə tutulub və bu 8 gün ərzində sərnişinlər ölkənin bütün görməli yerlərini müşahidə etmək imkanı əldə edirlər.

Qiyməti Qatarı yaratmaq üçün isə hidlilərə 13 milyon dollar lazım gəlmişdir. Bu qatarla səyahət üçün ən ucuz biletin dəyəri 800, ən bahalı biletin dəyəri isə 2500 dollardır. Əhalinin gəlirlərini nəzərə aldıqda 99% hindli bu səyahətdən yararlanmaq imkanına malik deyil.

Quruluşu Qatar 24 vaqondan, həmçinin iki restoran vaqon, iki bar və avtomobilli sərnişinlər üçün bir neçə yük vaqonundan ibarətdir. Vaqonların hər biri kondisioner, televizor, telefon, internet və s. rahatlıqlarla təmin edilib.

Münasibət Yeri gəlmişkən, ölkə əhalisinin bu qatara münasibəti birmənalı deyil. Bir çoxları ondan yalnızca varlıların istifadə etdiyi üçün ona nifrət bəsləyir, bir çoxları isə bu qatarın ölkə büdcəsinə gəlir gətirdiyini düşünür.

Sərnişinləri Qatarın özü 88 sərnişin üçün nəzərdə tutulub və sərnişinləri elit təbəqənin təmsilçiləridir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Hindistanda dəmiryol nəqliyyatı