thumb|Kükü. Kükü – İran və Azərbaycan mətbəxinə aid olan, yumurtadan hazırlanan yemək növü.
Yayılması Səfəvilər və Qacarlar dövrünə aid kulinariya kitablarında kükünün adı çəkilir. Qacar sənədləri kükünü qəlyanaltı kimi təqdim etmişdir. İranda Yeni il və Novruz bayramı zamanı kükü bişirmək ənənəsi mövcuddur. İranda yaşayan ermənilər və gürcülər Pasxa bayramı zamanı kükü bişirirlər.
Hazırlanması Tipik kükü inqredientlərin tavada yağla qızardılması ilə hazırlanır. Bu zaman tavanın üstü bağlı olmalıdır. Bişirmə də kükünün hazırlanma metodlarından biridir. Kükü adətən çörəklə servis edilsə də, İranın şimalında düyü ilə servis edilir.
Növləri Kükünün bir çox çeşidi hazırlanır. İranda ən populyar kükü çeşidi göyərtili küküdür. Göyərtili küküyə cəfəri və soğan olunur. İranın şimalında sarımsaq əlavə etmək də geniş yayılmışdır. Bundan əlavə, İranda kartof küküsü və badımcan küküsü də hazırlanır. Gilanda kükünün kürülü çeşidi mövcuddur.
Qozlu kükü Lənkəran mətbəxində geniş istifadə olunan kükü növüdür.Qozlu kükü haqqında
İstinadlar
Kateqoriya:Kükülər Kateqoriya:Talış mətbəxi Kateqoriya:İran mətbəxi Kateqoriya:Azərbaycan mətbəxi Kateqoriya:Fars dilində sözlər və ifadələr Kateqoriya:Yumurta xörəkləri Kateqoriya:Kürd mətbəxi