Adel Ekzarkopulos (; ) — Fransa aktrisası, Kann kinofestivalının "Qızıl Palma Budağı" mükafatının ən gənc sahibi. O, bu mükafata "Adelin həyatı" filmindəki roluna görə layiq görülüb.

Həyatı və karyerası Adel Parisin XIX dairəsində, de Fet meydanı yaxınlığında böyüyüb. Onun atası Didye Ekzarkopulos gitara ifaçılığı müəllimi, anası isə tibb bacısı olub. Adelin özündən kiçik iki qardaşı var. Aktrisanın babası əslən yunan olub.

Adelin valideynləri qızlarının utancaqlığını aradan qaldırmaq üçün, onu doqquz yaşında aktyorluq kursuna yazdırıblar. O, bu kursa 2005-ci ilədək getməyə davam edib, məhz bu ildə onun aktrisa kimi kinoda debütü olub. O, Martha filmində debüt edib. 2006-cı ildə o kino agentinin diqqətini cəlb etmiş və fransız teleserialı olan "R.I.S, police scientifique" teleserialında epizodik rolda çəkilmişdir. On üç yaşı olarkən Adel Boxes filmində rol alıb..

Adel müxtəlif illərdə bir neçə filmlərdə rol alıb: Les Enfants de Timpelbach (2008), The Round Up (2010), Turk's Head (2010), Chez Gino (2011), Carré blanc (2011), Pieces of Me (2012) və I Used to Be Darker (2013).

Ancaq Adelə aktrisa kimi ciddi beynəlxalq uğuru 2013-cü ildə Jüli Maronun "Mavi ən isti rəngdir" () adlı qrafik romanının əsasında çəkilmiş "Adelin həyatı" filmindəki rolu gətirib. Film 66-cı Kann kinofestivalında "Qızıl Palma Budağı"na layiq görülüb. "Adelin həyatı" Qızıl Palma budağının eyni anda həm rejissor, həm də aktrisalara təltif edildiyi yeganə filmdir. Adel Lea Seydu ilə birlikdə Ceyn Kempion istisna olmaqla bu mükafatı bütün tarix boyu qazanan yeganə qadın oyunçular hesab olunurlar. Adel həmçinin "Qızıl Palma Budağı"-nı qazanmış ən gənc aktrisa kimi tarixə düşüb. 2017-ci ilin mart ayında ana olacağını elan edib. Aktrisanın oğlu olub.

Filmoqrafiya İl Film Rolu Qeydlər 2007 Boxes Lilli 2008 Les Enfants de Timpelbach Marianne2010 The Round Up Anna Traube Turk's Head Nina2011 Chez Gino Maria Roma Carré blanc Marie (gənc) 2012 Des morceaux de moi Erell2013 I Used to Be Darker Camille Adelin həyatı AdelKann kinofestivalı Qızıl Palma Budağı2013-cü ilin Mərkəzi Ohayo Film Tənqidçilər Assosiasiyası Ən yaxşı aktrisa, Filmdə ən yaxşı irəliləyişSezar mükafatı" Ən perspektivli təzə oyunçu2013-cü ilin Çikaqo Film Tənqidçilər Assosiasiyasının Mükafatı Mükəmməl Performans19-cu Critics' Choice Mükafatı Ən yaxşı gənc aktyor/aktrisa2013-cü ilin Dublin Film Tənqidçilər Birliyi Ən yaxşı aktrisa, Ən yaxşı yeni sima15-ci Qızıl Ulduz Ən yaxşı aktrisa, Ən yaxşı yeni qadın siması2014-cü ilin Globes de Cristal Mükafatı Ən yaxşı aktrisa2013-cü ilin İndiana Film Tənqidçilər Assosiasiyası Ən yaxşı aktrisa2013-cü ilin Los Anceles Film Tənqidçilər Assosiasiyasının Mükafatı Ən yaxşı aktrisa2013-cü ilin Film Tənqidçilərin Milli Cəmiyyət Mükafatı Ən yaxşı aktrisa2013-cü ilin Nyu York Film Tənqidçilərinin Onlayn Mükafatı Ən mükəmməl performans19-cu Lümyer Prisi Ən yaxşı qadın aktrisa2014-cü ilin Santa Barbara Beynəlxalq Film Festivalı Virtuoz Mükafatı2013-cü ilin Yuta Kinotənqidçilər Assosiasiyasının Mükafatı Ən yaxşı aktrisa2013-cü ilin "Village Voice Film" Mükafatı Ən yaxşı aktrisa2014Insecure Jenny Voyage vers la mère Marie Louise2015 Les anarchistes — Down By Love Emma M Lila Rochemort Anne The Last Face —

İstinadlar

Xarici keçidlər

Allmovie/ Adèle Exarchopoulos Internet Movie Database/ Adèle Exarchopoulos

Kateqoriya:Fransa aktrisaları Kateqoriya:Parisdə doğulanlar Kateqoriya:Fransada doğulanlar