Balakişi Qasımov (; d. 20 oktyabr 1978, Bakı) — İctimai Televiziyanın baş direktoru (2018-ci ildən), "Nə? Harada? Nə zaman?" elitar klubunun oyunçusu, Azərbaycanda "Nə? Harada? Nə zaman?" oyununun aparıcısı və baş prodüseri, Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti, GameTV.az prodüser mərkəzinin rəhbəri.

Bioqrafiyası Balakişi Qasımov Bakı şəhər 1 saylı orta məktəbini bitirmişdir. Azərbaycan Dövlət İqtisad Universitetini maliyyə ixtisası üzrə bitirmişdir.

"Nə? Harada? Nə zaman?" 2004-cü ildən klub oyunlarının iştirakçısıdır. 2004-cü ildə "Nə? Harada? Nə zaman?" oyununun idman variantı üzrə dünya çempionu olmuşdur. Tezliklə onun komandası bu növdə mütləq dünya çempionu olmuşdur. "Nə? Harada? Nə zaman?" üzrə 2002, 2004, 2008, 2012 və 2013-cü illərdə Azərbaycan çempionu, 2002-ci ildə Breyn rinq üzrə Azərbaycan Çempionu olmuşdur. Anar Əzimovun komandasında 1998, 2003Итоги VI Чемпионата Закавказья по спортивному ЧГК, 2003 год və 2010-cu illərdə Cənubi Qafqaz çempionu olmuşdurИтоги чемпионата Южного Кавказа по спортивному ЧГК, 2010 год .

Beynəlxalq "Nə? Harada? Nə zaman?" klubları assosasiyası təfərinfən 2010-cu ildə ilin adamı seçilmişdir..

2010-cu ilin yekunlarına əsasən "Büllur bayquş", "Brilyant bayquş", "Klubun ən yaxşı kapitanı" poqonu mükafatlarına layiq görülmüşdür.

29 aprel 2019-cu ildə "Tərəqqi" medalı ilə təltif edilmişdir.

21 iyul 2025-ci ildə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilmişdir.

Filmoqrafiya Qorxma, mən səninləyəm! 1919 (film, 2013)

İstinadlar

Kateqoriya:"Nə? Harada? Nə zaman?" oyunçuları Kateqoriya:"Büllur bayquş" sahibləri Kateqoriya:Azərbaycan Dövlət İqtisad Universitetinin məzunları Kateqoriya:"Brilyant bayquş" sahibləri Kateqoriya:"Tərəqqi" medalı ilə təltif edilənlər Kateqoriya:İctimai TV-nin (Azərbaycan) baş direktorları Kateqoriya:Azərbaycan Qılıncoynatma Federasiyasının prezidentləri Kateqoriya:Bakıda doğulanlar