thumb Marion Koliyyar (fr. Marion Cotillard; ) — fransız teatr, televiziya və kino aktrisası.
Həyatı
Uşaqlığı Marion Koliyyar 30 sentyabr 1975-ci ildə Parisdə doğulmuşdur. Anası teatr aktrisası, atası — Jan-Klod- teatr aktyoru, rejissor, "Kotiyyar" teatr qrupunun yaradıcısı və aktyor sənəti məktəbinin müəllimidir. Marionun özündən kiçik iki əkiz qardaşı — Kventin və Qiyom var. Kventin rəssam- heykəltəşar, Qiyom isə yazıçıdır.
Həm fransız, həm də xarici filmlərdə çəkilir. "Uzun müddətli nikah" filminə görə "ən yaxşı ikinci plan aktrisası" nominasiyasında "Sezar" mükafatına layiq görülmüşdür. 2008-ci ildə "Çəhrayı həyat" filmində yaratdığı Edit Piaf roluna görə "Ən yaxşı aktrisa" nominasiyasında "Oskar" mükafatına layiq görülmüşdür. Marion Koliyyar xarici dildə çəkilmiş filmdə oynadığı rola görə Oskara layiq görülmüş ikinci aktrisa olmuşdur. İlk belə nailiyyətə 1962-ci ildə Sofi Loren imza atmışdı. Eyni zamanda "Çəhrayı həyat" filmində oynadığı rola görə Marion Qızıl Qlobus və Britaniya kino və teleincəsənət akademiyasının BAFTA mükafatına layiq görülmüşdür.
Karyerası
Karyerasının başlanğıcı 1994-cü ildə Amerika serialı olan "Dağlı"da epizodik rolda çəkilmişdir. Bu debütündən sonra Kotiyyar kino və televiziyada rol aalmağa başladı. Böyük erkanda ilk rolu "Öpülmək istəyən oğlanın hekayəsi" filmində Matilda rolu olmuşdur. Həmin il Marion Fransanın idman institutunun tələbələrindən bəhs edən "Qırmızı hədd" serialında baş rollardan birinə çəkilmişdrir. 1996-cı ildə o "Mənim seksual həyatımın müzakirəsi" dramında və "Yaşıl gözəl" elmi-fantastik komediyasında ikinci plan rollarında çəkilmişdir. Bu cəhdlərə baxmayaq, aktrisanın karyerasında durğunluq başladı.
Kinoda yüksəlişi "Uzun müddətli nikah" 2004
1997-ci ildə "Bitmiş iş" (fr. Affaire classée) tamaşasında oynadığı rola görə nüfuzlu teatr mükafatı qazandı. Həmin vaxt o, rejissoru Jirar Pires, ssenari müəllifi Luk Besson olan Taksi filmində baş qəhrəmanın nişanlısı — Lili Bertino roluna təsdiqləndi. Bu film sayəsində Marion Kotiyyar Fransa və dünya tamaşaçılarına özünü tanıtdı və Fransanın nüfuzlu kino mükafatı olan "Sezar" mükafatına layiq görüldü. 2000 və 2003-cü illərə Marion Kotiyyar Taksi filminin davamı olan "Taksi 2" və "Taksi 3" filmlərində çəkildi. Taksi filmindən sonra Marionun aktrisa kimişöhrəti xeyli artdı ə bir-birinin ardınca təkliflər gəlməyə başladı. Ən məşhur filmləri arasında Frensis Ryosserin "Dağlarda döyüş" dramını və Pyer Qrimblatın "Liza" hərbi dramını qeyd etmək olar. 2001-ci ildə o, Jil Pake-Brennenin "Sevimli qızlar" filmində iki baş rolu birdən (əkiz bacılar Mari və Lüsi) oynamışdır. Bu rolları ifa etmək üçün Marion bir aylıq musiqi təhsili almışdır. BU filmə görə də o, "Sezar" mükafatına layiq görülmüşdür. Daha sonra o, Qiyom Niklonun "Şəxsi araşdırma" trillerində və Yan Samuelin "Cəsarətin varsa, mənə aşıq ol" romantik komediyalarında, çox həssas və romantik baş rolları məharətlə ifa etmişdir. Öz aktrisa qabiliyyətlərinə görə o, Nyuyork-Biç kinofestivalında ən yaxşı aktrisa mükafatına layiq görülmüşdür. 2003-cü ildə Marion Yen Makqreqor, Albert Finni, Heleni Karter, Denni De Vito, Stiv Buşemi və Cessiki Lenqdən ibarət çox ciddi aktyor heyəti ilə birlikdə, rejissor Tim Bertonun "İri balıq" filmində baş qəhrəmanın hamilə nişanlısı rolunda çəkilmişdir.
Karyerasının zirvəsində Rejissor Jan-Pyer Jene ilə əməkdaşlıq onun karyerasının zirvəsidir. 2004-cü ildə lentə alınmış "Uzunmüddətli nikah" dramında Jene, Birinci Dünya müharibəsi zamanı, 4 əsgəri ilə birlikdə döyüşməkdən qorxaraq özünə qəsdən zədə yetirmiş və ölüm hökmünə məhkum edilmiş nişanlısını axtaran gənc qız Matildadan (bu rolu Odri Totu ifa etmişdir) bəhs edir. Marion Kotiyyar bu filmdə öz sevgilisini axtran keçmiş fahişə Tina Lomdardinin rolunu canlandırır, lakin onun sevgilisi ölmüşdür və Tina öz hirsini ittiham edilənin üzərinə tökür və onların öldürülməsinə nail olmaq istəyir. Bu rolu Marion çox həyatı şəkildə oynamışdır. Filmin rejissorunun sözlərinə görə filmin çəkilişi zamanı Marion ciddi əsəbi gərginlik keçirmişdir. Bu roluna görə Kotiyyar "ən yaxşı ikinci plan aktrisası" nominasiyasında "Sezar" mükafatına layiq görülmüşdür. "Uzunmüddətli nikah"dan sonra Marion ən çox tələb olunan fransız aktrisasına çevrildi. 2005-ci ildə onun iştirakı ilə 5 film çəkildi və 2006-cı ilin noyabrında Ridli Skotun "Yaxşı il" romantik komediyasının premyerası baş tutdu. Bu filmdə Marion Rassel Krou ilə birlikdə baş rollardan birini ifa etmişdi. 2007-ci ildə Marion "Çəhrayı həyat" filmində fransız müğənnisi Edit Piafın rolunu canlandırdı. Bu rola onu yüzlərlə aktrisanın arasından seçmişdilər. Bu rola görə Kotiyyar "Qızıl qlobus" və "Ən yaxşı aktrisa" nominasiyasında "Oskar" mükafatına layiq görülmüşdür.
2013-cü ildə David Bouinin "The Next Day" klipində çəkilmişdir.
Şəxsi həyatı 2007-ci ildən etibarən aktyor Qiyom Kane (1973) ilə faktiki nikahdadır. Bir oğlan övladları var (Marsel Kane, 19.05.2011)
Kotiyyar — ekologiyanın müdafiəçilərindəndir və "Qrinpis"in üzvüdür. Marion kanadalı rok müğənni Houkli Vorkmanın (Hawksley Workman) pərəstişkarıdır vəonun iki klipində çəkilmişdir.
Filmoqrafiyası İlAzərbaycanca adıOrijinal adıRol1995qfQadağan edilmiş videoSnuff Movie1996f"Mənim seksual həyatımın müzakirəsi"Comment je me suis disputé… (ma vie sexuelle)Tələbə qız1996tfXloeChloéXloe1996f"Yaşıl gözəl"La belle verteMaşa1996fQağayıLa mouetteValeriya1998fTaksiTaxiLili Bertino1998tfQocalmaq qadağandırInterdit de vieillirAbiqeyl Dunyak1999fDağlarda döyüşLa Guerre dans le Haut PaysJüli Bonzon1999fFuriyaFuriaEliya1999fAmerikaya kimi davam edən maviDu bleu jusqu’en AmériqueSolanj2000qfMarkizLe Marquis2000fTaksi 2Taxi 2Lili Bertino2001qfBumerBoomerMadam Bumer2001fLizaLisaLiza2001fSevimli qızlarLes jolies chosesMari/Lüsi2002fŞəxsi araşdırmaUne affaire privéeKrarissa Entoven2003fTaksi 3Taxi 3Lili Bertino2003fCəsarətin varsa, mənə aşıq olJeux d’enfantsSofi Kovalski2003fİri balıqBig FishJozefina2004fGünahsızlıqInnocenceMadmuazel Yeva2004fUzunmüddətli nikahUn long dimanche de fiançaillesTina Lombardi2005fEdiEdySelina2005fKavalkadaCavalcadeAlizi2005fSəmada həyatMa vie en l’airElis2005fMariyaMaryQreten Mol2005fHörmətləSauf le respect que je vous doisLiza2005fQara qutuLa boîte noireİzabella Krüger2006fSən və mənToi et moiLena2006fQara oyunFair PlayNikol2006fYaxşı ilA Good YearFanni Şenal2007fÇəhrayı həyatLa vie en roseEdit Piaf2009fConni D.Public EnemiesBilli Freşet2009fSonuncu uçuşLe dernier VolMari2009fDoqquzNineLuiza Kontini2010fBaşlanğıcInceptionMol2010fKiçik sirlərLes petits mouchoirsMari2011fParisdə gecəyarıMidnight in ParisAdriana2011fYoluxmaContagionHəkim Leona Orantes2012fQara cəngavər: Əfsanənin qayıdışıThe Dark Knight RisesMiranda2012fPas və sümükDe rouille et d'osStefani2013fQaz qohumluğuBlood TiesMonika2013fİmmigrantThe ImmigrantEva Tsibulski2014fTeleaparıcı 2: bir daha salamAnchorman 2: The Legend Continueskanadalı aparıcı2014fİki gün, bir gecəDeux jours, une nuitSandra2014qfLos-ancelesdə snepşotSnapshot in LA2015mfBalaca şahzadəThe Little PrinceRoza2015fMakbetMacbethLedi Makbet2015mfUn monde truquéAvril2016fQatilin kredosuAssassin's Creed f — film
qf — qısametrajlı
tf — televiziya filmi
mf — multiplikasiya filmi
Mükafatları 2008 — Oskar mükafatı —ən yaxşı qadın rolu, Cəhrayı həyat filminə görə 2008 —Qızıl Qlobus — Cəhrayı həyat filminə görə 2008 — BAFTA mükafatı — Cəhrayı həyat filminə görə 2014 — Avropa kinoakademiyasının mükafatı — İki gün, bir gecə filminə görə
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Fransa aktrisaları Kateqoriya:BAFTA mükafatı laureatları Kateqoriya:Qızıl Qlobus mükafatı laureatları Kateqoriya:Oskar mükafatı laureatları Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:30 sentyabrda doğulanlar Kateqoriya:1975-ci ildə doğulanlar Kateqoriya:Parisdə doğulanlar Kateqoriya:Fransa aktivistləri Kateqoriya:"İncəsənət və ədəbiyyat" ordeni kavalerləri Kateqoriya:XX əsr aktrisaları Kateqoriya:Fransa kinoprodüserləri Kateqoriya:XXI əsr aktrisaları