Əyyub Əsgərov — BDU-nun Beynəlxalq hüquq və xarici ölkələrin dövlət hüququ kafedrasının müdiri

Həyatı Əyyub İsmayıl oğlu Əsgərov 23 fevral 1913-cü ildə anadan olmuşdur.

Əyyub Əsgərov 1927-ci ildə oxumaq üçün hərbi məktəbə göndərilmişdir. O, Bakı Piyada Məktəbində təhsilini başa vurduqdan sonra müxtəlif hərbi və siyasi vəzifələrdə çalışmışdır.

Əyyub Əsgərov 1931-ci ildən 1938-ci ilədək, eyni zamanda hərbi intizam müəllimi işləmişdir. O, 1933-cü ildə Bakıda Kommunist Universitetini bitirmişdir.

Əyyub Əsgərov 1934-cü ildə BDU-nun Hüquq fakültəsinə daxil olmuş və 1939-cu ildə oranı bitirmişdir. Ə. İ. Əsgərov 1941-ci ildən 1943-cü ilədək Azərbaycan SSR KP Şamxor (indiki Şəmkir) rayonunun birinci katibi vəzifəsində çalışmışdır.

Əyyub Əsgərov 1947-ci ildən başlayaraq BDU-nun Dövlət hüququ kafedrasında müəllim işləmişdir.

Ə. İ. Əsgərov 1951-ci ildə namizədlik, 1970-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. O, 1972-ci ildən professordur. Əyyub Əsgərov 1976-cı ildə BDU-nun Beynəlxalq hüquq və xarici ölkələrin dövlət hüququ kafedrasının müdiri təyin edilmişdir. O, Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.

Ə. İ. Əsgərov 100-dən artıq elmi əsərin müəllifidir. Onun rəhbərliyi ilə 20-dən çox hüquq elmləri namizədi dissertasiya işi müdafiə edilmişdir.

Əsərləri

İstinadlar

Kateqoriya:Hüquq elmləri doktorları Kateqoriya:Bakı Dövlət Universitetinin professorları Kateqoriya:Azərbaycan hüquqşünasları Kateqoriya:Azərbaycanlı hüquqşünaslar Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər