Çarlestonda kilsəyə silahlı hücum () — Amerika Birləşmiş Ştatlarının Cənubi Karolina ştatının Çarleston şəhərində yerləşən Afrika Emanuel Metodist Kilsəsinə edilmiş silahlı hücum. Hücum zamanı kilsədə ibadət edən qara dərili şəhər sakinləri hədəf alınmış və nəticədə 9 nəfər öldürülmüşdür. Öldürülənlərin arasında Cənubi Karolina ştatının nümayəndələr palatasının afro-amerikalı üzvü Klementa Pikneydə var. Ştat polisi tərəfindən aparılan axtarışlardan sonra cinayəti törətməkdə şübhəli bilinən Daylan Ruf adlı gənc hadisənin səhərisi günü Cənubi Karolinanın Şelbi şəhərində saxlanılmışdır.
İstinadlar
Kateqoriya:2015-ci ildə ABŞ Kateqoriya:17 iyundakı hadisələr Kateqoriya:2015-ci ildəki münaqişələr Kateqoriya:ABŞ-də terror hadisələri Kateqoriya:ABŞ-də kütləvi qətllər