Milad Beygi və ya tam adı ilə Milad Beygi Hərçigani (farsca: میلاد بیگی ) — İran əsilli Azərbaycan taekvondoçusu. Milad Beygi, 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. Milad Beygi, 2015-ci ildə baş tutan I Avropa Oyunlarının və 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub. O, həmçinin 2017-ci ildə Tayvanın paytaxtı Taybey şəhərində baş tutan Tələbələrin Universiada Oyunlarınında qalibi olub.

O, həm də 2016-cı ildə Avropa, 2017-ci ildə isə Dünya çempionu olub. Karyerası ərzində qatıldığı 22 yarışın 19-da qızıl, 1-də gümüş, 2-də isə bürünc medal qazanan Milad Beygi, Azərbaycan yığmasının heyətində 2015 və 2016-cı illərdə Komandalar arası Dünya Kubokunun qalibi olub.

Milad Beygi, I Avropa Oyunlarında qazandığı uğura görə "Şöhrət" ordeni ilə, XXXI Yay Olimpiya Oyunlarında qazandığı uğura görə isə "Azərbaycan Respublikası Prezidentinin" Fəxri diplomu ilə təltif edilib.

Həyatı Milad Beygi Hərçigani 1 mart 1991-ci ildə İranın İsfahan şəhərində anadan olub. Şəxsi məşqçisi Reza Mehmandost, millidə məşqçisi Elnur Amanovdur. Orta təhsilini başa vurandan sonra o, 2012-ci ildə Sepahan Universitetinə qəbul oldu və 2015-ci ildə həmin universiteti bitirdi. Milad Beygi, subaydır.

Karyerası

2014-cü il: Hərbçilərin Dünya Çempionatında qələbə Milad Beyginin birinci beynəlxalq turniri 2014-cü ilin 16–20 avqustunda İranın Tehran şəhərində baş tutan hərbçilər arasında Dünya Çempionatında mübarizə apardı. Milad Beygi turnirin 1/4 final mərhələsində Çin nümayəndəsi Lon Lona 12:4 hesabı ilə qalib gəldi və yarım-final mərhələsinə adladı. Finala gedən yolda Milad Beyginin rəqibi 2008-ci il Avropa Çempionatının qalibi olan Ermənistan nümayəndəsi Arman Yeremyan oldu. Həmin görüşdə Milad Beygi rəqibi üzərində 18:10 hesabı ilə qələbə qazandı və turnirin final görüşünə vəsiqə qazandı. Həlledici görüşündə isə onun rəqibi Qətər nümayəndəsi Mahmud Həmdi Abdul Rəhim oldu. Həmin görüşdə də Milad Beygi rəqibi üzərində inamlı qələbə qazandı — 16:4. Bununla da Milad Beygi hərbçilər arasında Dünya Çempionatının qalibi oldu.

2015-ci il: 2015-ci ilin 18–24 fevralında Milad Beygi İranın Tehran şəhərində baş tutan Fajr Open beynəlxalq turnirində mübarizə apardı. Milad Beygi həmin turnirin yarım-final mərhələsində Fransa nümayəndəsi Torann Maizeroini 8:0 hesabı ilə məğlub etdi və final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə Milad Beygi 2011-ci il Dünya Çempionatının qalibi olan İran nümayəndəsi Fərzad Abdullahiyə üzərində 12:0 hesabı ilə qələbə qazandı və Fajr Open beynəlxalq turnirinin qızıl medalına sahib oldu.

2015-ilin yanvarında Milad Beyginin şəxsi məşqçisi Reza Mehmandost Azərbaycan yığmasının baş məşqçisi postuna təyin edildi. Bundan sonra Reza Mehmandost Milad Beygini Azərbaycan yığmasına dəvət etdi. İran yığmasında Mehdi Xodabaxşi ilə rəqabətdə məğlub olan və nüfuzlu beynəlxalq turnirlərdə mübarizə apara bilməyən Milad Beygi Azərbaycan vətəndaşlığını qəbul etdi və Azərbaycan yığmasının üzvü oldu.

Milad Beyginin Azərbaycan bayrağı altında birinci turniri 2015-ci ilin aprelində oldu. Kiyev şəhərində baş tutan Ukraine Open beynəlxalq turnirində mübarizə aparan Milad Beygi yarım-final mərhələsində Ukrayna nümayəndəsi Sergey Çayqa üzərində 8:1 hesabı ilə qələbə qazandı və turnirin final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə onun rəqibi Türkiyə nümayəndəsi Yunus Sarı oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Milad Beygi rəqibinə 14:15 hesabı ilə məğlub oldu və beynəlxalq turnirin gümüş medalına sahib oldu.

Daha sonra Milad Beygi 12–18 mayda Rusiyada baş tutan Dünya Çempionatında mübarizə aparmalı idi, amma Milad Beyginin vətəndaşlığı ilə bağlı hüquqi prosedurlar hələ başa çatmadığına görə WTF Milad Beyginin həmin turnirdə mübarizə aparmasına icazə vermədi. Həmin turnirin qalibi isə İran nümayəndəsi Mehdi Xudabəxşi oldu.

left|thumb|300x300px|Azərbaycan Prezidenti İlham Əliyev, Milad Beygiyə I Avropa Oyunlarının qızıl medalını təqdim edən zaman 2015-ci ilin birinci nüfuzlu turniri 12–28 iyunda Azərbaycanda baş tutan I Avropa Oyunları oldu. Milad Beygi turnirin 1/8 final mərhələsində Serbiya nümayəndəsi Damir Fejziç ilə üz-üzə gəldi. Həmin görüşdə Milad Beygi rəqibi üzərində 12:0 hesablı inamlı qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Birləşmiş Krallıq nümayəndəsi Lutalo Məhəmməd oldu. Lutalo Məhəmməd 2012-ci ildə Avropa Çempionatının qalibi, London Olimpiadasının bürünc medalçısı olan təcrübəli idmançı idi. Həmin görüşdə də Milad Beygi rəqibi üzərində inamlı qələbə qazandı — 17:5. Bununla da Milad Beygi turnirin yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Portuqaliya nümayəndəsi Xulio Ferreyya oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Milad Beygi rəqibinə 6:2 hesabı ilə qalib gəldi və turnirin final görüşünə vəsiqə qazandı. Final görüşündə isə Milad Beyginin rəqibi 2014-cü il Avropa Çempionatının qalibi olan Rusiya idmançısı Albert Qaun oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Milad Beygi rəqibi üzərində 8:4 hesabı ilə qələbə qazandı və I Avropa Oyunlarının qalibi oldu. Təltifetmə mərasimi zamanı Milad Beygi Hərçiganiyə I Avropa Oyunlarının qızıl medalını Azərbaycan Prezidenti İlham Əliyev təqdim etdi.

Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən I Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Milad Beygi Hərçigani "Şöhrət" ordeni ilə təltif edildi.

I Avropa Oyunlarından sonra Milad Beyginin birinci turniri Cənubi Koreyanın Çunçeon şəhərində baş tutan Korea Open beynəlxalq turniri oldu. Turnirdə bütün rəqibləri üzərində qələbə qazanan Milad Beygi nəticədə Korea Open beynəlxalq turnirinin qalibi oldu.

Mövsümün sonunda Milad Beygi daha üç beynəlxalq turnirdə mübarizə apardı. Əvvəlcə Polşanın Varşava şəhərində baş tutan Poland Open beynəlxalq turnirində mübarizə aparan Milad Beygi yarım-final mərhələsində üç dəfə Avropa Çempionatlarının qalibi olan Moldova nümayəndəsi Aaron Susa 18:5 hesab; ilə qalib gəldi və turnirin final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə Milad Beygi Norveç nümayəndəsi Riçard Andre Ordeman üzərində 22:2 hesabı ilə inamlı qələbə qazandı və turnirin qalibi oldu.

Daha sonra isə Milad Beygi Rusiyada baş tutan Russia Open beynəlxalq turnirində mübarizə apardı. Turnirin yarım-final mərhələsində Avstraliya nümayəndəsi Heydər Şqara üzərində 14:1 hesabı ilə inamlı qələbə qazanan Milad Beygi, turnirin final görüşündə 2013-cü il Dünya Çempionatının qalibi olan Almaniya nümayəndəsi Tahir Güləçə qalib gəldi və Russia Open beynəlxalq turnirinin qalibi oldu.

Mövsümün son turniri isə Mexico şəhərində baş tutan Komandalararası Dünya Çempionatı oldu. Ayxan Tağızadə, Məhəmməd Məmmədov, Milad Beygi, Səid Quliyev, Sina Bəhrami və Radik İsayev ibarət olan Azərbaycan yığmasının "A" qrupunda mübarizə apardı. Həmin qrupda Azərbaycan yığmasının rəqibləri Belçika, İran və Özbəkistan nümayəndələri oldu. Qrup mərhələsində Belçika nümayəndələrini 58:32, Özbəkistan nümayəndələrini isə 32:11 hesabı ilə məğlub edən Azərbaycan yığması, İran nümayəndələrinə 22:32 hesabı ilə məğlub oldu. Bununla belə Azərbaycan yığması qrup mərhələsini altı xalla birinci pillədə başa vurdu və turnirin yarım-final mərhələsinə vəsiqə qazandı. Finala gedən yolda Azərbaycan nümayəndələri Cənubi Koreya yığması üzərində 48:30 hesabı ilə qələbə qazandı və turnirin final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə Azərbaycan yığması növbəti dəfə İran nümayəndələri ilə üz-üzə gəldi, amma bu səfər Azərbaycan yığması İran nümayəndələri üzərində 42:24 hesabı ilə inamlı qələbə qazandı və tarixində birinci dəfə Komandalararası Dünya Çempionatının qızıl medallarına sahib oldu.

2016

2016-cı il, Milad Beygi üçün əsas mövsümlərdə biri oldu. O, yanvar ayında Türkiyənin İstanbul şəhərində baş tutan "Avropa Olimpiya təsnifat" yarışına qatıldı. Rio-de-Janeyro Olimpiadasına lisenziya verən yarışın birinci mərhələsində Milad Beygi, Latviya idmançısı Janis Kauna ilə üz-üzə gəldi. Həmin görüşdə o, 16:0 hesabı ilə rəqibindən üstün oldu və 1/4 final mərhələsinə vəsiqə qazandı. Bu mərhələdə o, düşmən dövlətin, Ermənistan nümayəndəsi Arman Yeremyan ilə qarşılaşdı. Milad Beygi həmin rəqibini 2 il əvvəl, 2014-cü ildə baş tutan Hərbçilərin Dünya Çempionatında 17:9 hesabı ilə məğlub etmişdi. Bu səfər də Milad Beygi üstün hesablı qələbə qazandı, 11:1. Lisenziyaya gedən yolda o, yerli, Türkiyəli Yunus Sarı ilə üz-üzə gəldi. Yunus Sarıdan 10:1 hesabı ilə üstün olan Milad Beygi, finala vəsiqə qazanmağla Rio-de-Janeyro Olimpiadasına lisenziya qazandı. Final görüşündə isə o, Polşa nümayəndəsi Pyotr Pazinskini 14:2 hesabı ilə məğlub etdi və vəsiqə ilə yanaşı, yarışların qızıl medalınıda qazandı.

Olimpiya Oyunlarına lisenziya qazanan Milad Beygi, növbəti yarışına yenə Türkiyədə qatıldı. Bu səfər o, Antalya şəhərinin ev sahibliyində baş tutan Klublararası Avropa Çempionatında mübarizə apardı. "Gilan" TK-nun üzvü qismində həmin yarışlara qatılan Milad Beygi, Klublararası Avropa Çempionatının bürünc medalına sahib oldu.

XXXI Yay Olimpiya Oyunları right|thumb|300x300px|İran nümayəndəsi Mehdi Xodabaxşi (qırmızı geyimdə) və Azərbaycan idmançısı Milad Beygi (göy geyimdə): XXX Yay Olimpiya Oyunlarının 1/4 final mərhələsinin görüşü zamanı XXXI Yay Olimpiya Oyunlarından əvvəl Avropa çempionu olan Milad Beygi, yarışların əsas favoritlərindən biri hesab olunurdu. O, reytinq cədvəlinə əsasən tərtib edilən sıralanma turunda, 16 idmançı sırasında 9-cu yerdə qərarlaşdı. Bununlada 9-cu yerdə olan Milad Beygi, qaydalara əsasən 8-ci yerdə olan idmançı, yəni Mali nümayəndəsi İsmayıl Koulibali ilə üz-üzə gəldi. Görüşün favoriti olan Milad Beygi, 13:6 hesablı inamlı qələbə qazandı və 1/4 final mərhələsinə vəsiqə qazandı. Bu mərhələdə o, prinsipial rəqiblərindən biri, Rio-de-Janeyro Olimpiadasında 1-ci sıra nömrəsinə sahib, son Dünya çempionu (2015-ci ildə), İran idmançısı Mehdi Xodabaxşi ilə qarşılaşdı. Hər üç hissəsi gərgin şəraətdə davam edən görüşdə, Milad Beygi 12 xallıq fərq yaratdı və vaxtından əvvəl qələbə qazandı, 17:5.

Yarım-final mərhələsində isə o, London Olimpiadasının bürünc medalçısı, Birləşmiş Krallıq nümayəndəsi Lutalo Məhəmməd ilə qarşı-qarşıya gəldi. Buna qədər, Milad Beydi artıq iki dəfə Məhəmmədi məğlub etmişdi. İlk dəfə, 2015-ci ildə baş tutan I Avropa Oyunlarında 17:5, ikinci dəfə isə 2016-cı ildə baş tutan Avropa Çempionatında isə 13:1 hesabları ilə, amma bu səfər o, rəqibinə məğlub oldu. Gərgin davam edən görüşün sonunda, Milad Beygi 5 xallıq fərqlə Lutalo Məhəmmədə məğlub oldu və arzusunda olduğu XXX Yay Olimpiya Oyunlarının qızıl medalı uğrunda mübarizəni başa vurdu, amma bu məğlubiyyətə baxmayaraq Milad Beygi, yarışların medalını qazandı. O, bürünc medal uğrunda görüşdə özündən nisbətən zəif hesab olunan Polşa nümayəndəsi Pyotr Pazinski ilə qarşılaşdı. Həmin görüşdə Milad Beygi, rəqibini vaxtından əvvəl 12:0 hesabı ilə məğlub etdi və XXX Yay Olimpiya Oyunlarının bürünc medalına layiq görüldü.

XXX Yay Olimpiya Oyunlarında qazandığı uğura görə Milad Beygi, Azərbaycan Prezidenti İlham Əliyevin 2292 nömrəli sərəncamı ilə "Azərbaycan Respublikası Prezidentinin" Fəxri diplomu ilə təltif edildi. Ona, həm də prezidentin müvafiq sərəncamı ilə 150 000 manat pul məbləği verildi.

2017

IV İslam Həmrəyliyi Oyunları left|thumb|300x300px|Azərbaycan Prezidenti İlham Əliyev, Milad Beygiyə IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalını təqdim edən zaman Milad Beygi, 2017-ci ildə birinci əsas yarışına Bakı şəhərində baş tutan IV İslam Həmrəyliyi Oyunları çərçivəsində qatıldı. 1/4 final mərhələsində Milad Beygi, Səudiyyə Ərəbistanı idmançısı Məcid Almabruq ilə qarşılaşdı. Həmin görüşdə o, inamlı qələbə qazandı, 21:2. Yarım-final mərhələsində isə Milad Beyginin rəqibi İran nümayəndəsi Əlireza Dərvişpur oldu. Həmin görüşün sonunda da, Milad Beygi 24:4 hesablı asan qələbə qazandı və yarışların həlledici, final qarşılaşmasına vəsiqə qazandı.