Lorenso Sotomayor () — 2013–2021-ci illərdə Azərbaycan yığmasının heyətində çıxış edən boksçu. 2016-cı il XXXI Yay Olimpiya Oyunlarının gümüş medalçısı, 2015-ci il I Avropa Oyunlarının qalibi.
2013-cü ildə Azərbaycan yığmasınn heyətinə cəlb edilən Kuba əsilli Lorenso Sotomayor, qısa müddət ərzində ciddi uğurlara imza atdı. 2015-ci ildə Azərbaycanda baş tutan I Avropa Oyunlarının final görüşündə İtaliya nümayəndəsi Vinçenzo Manciaçapre üzərində qələbə qazanaraq (3:0), birinci ciddi nailiyyətinə imza atan Lorenso Sotomayor, Azərbaycanı 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Avqustun 19-da Rio-de-Janeyro Olimpiadasının yarım-final mərhələsində Almaniya nümayəndəsi Artyom Arutyunyan üzərində qələbə qazanaraq (3:0) final görüşünə vəsiqə qazanan Lorenso Sotomayor, bu idman növü üzrə Olimpiadaların finalında rinqə çıxacaq birinci idmançı oldu. Avqustun 21-də baş tutan həlledici görüşdə isə Sotomayor, Fazliddin Qaibnəzərova məğlub olaraq (1:2) turnirin gümüş medalına sahib oldu. Həmin final görüşündən sonra Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) rəhbərliyi referiləri qərəzli qərarlarda ittiham etdi. Olimpiadadan sonra Dünya və Avropa Çempinatlarında uğursuz nəticə göstərən Lorenso Sotomayor, 2021-ci il Olimpiadasından sonra idmanla vidalaşdı.
Lorenso Sotomayor Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli Sərəncamına əsasən "Şöhrət" ordeni ilə, 22 avqust 2016-cı il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Həyatı Lorenso Sotomayor 1985-ci il fevralın 16-da Kubanın Havana şəhərində anadan olub. 2000-ci ildən idmanla məşğul olur.
Karyerası
2013-cü il: Azərbaycan yığmasında debüt 2013-cü ildə Azərbaycan yığmasının heyətinə cəlb edilən Lorenso Sotomayor, ilin sonlarında Rusiyada baş tutan beynəlxalq turnirdə çıxış etdi. Turnirin final görüşündə məğlub olan Lorenso Sotomayor, gümüş medalın sahibi oldu.
2014-cü il: Azərbaycan Çempionatında qələbə Lorenso Sotomayor 2014-cü ilin yanvarında baş tutan Azərbaycan Çempionatında mübarizə apardı. Turnirin final görüşündə onun rəqibi Ruslan Qasımov oldu. Həmin görüşdə Lorenso Sotomayor rəqibi üzərində qələbə qazandı və Azərbaycan Çempionatının qalibi oldu.
Daha sonra Lorenso Sotomayor 6 – 10 martda baş tutan "İpək Yolu" beynəlxalq turnirində çıxış etdi. Turnirin həlledici görüşündə onun rəqibi Gürcüstan nümayəndəsi İraxli Melixişvili oldu. Həmin görüşdə Lorenso Sotomayor rəqibi üzərində qələbə qazandı və beynəlxalq turnirin qızıl medalına sahib oldu.
Lorenso Sotomayor növbəti uğuruna "Azerbaijan Boxing Federation Cup" turnirində imza atdı. Turnirin final görüşündə o, Heybətulla Hacıəliyeva qalib gəldi və turnirin qalibi oldu.
Lorenso Sotomayor ilin sonlarında Rusiyada Fərman Salmanovun xatirəsinə həsr olunan beynəlxalq turnirdə mübarizə aparsa da, turniri medalsız başa vurdu.
2015-ci il: Avropa Oyunlarında zəfər Lorenso Sotomayor 2015-ci ilin yanvarında baş tutan Azərbaycan Çempionatında mübarizə apardı. Turnirin yarım-final mərhələsində məğlub olan Lorenso Sotomayor, Azərbaycan Çempionatının bürünc medalına sahib oldu.
Daha sonra Lorenso Sotomayor fevralda Bolqarıstanın Sofiya şəhərində baş tutan beynəlxalq turnirdə çıxış etdi. Turnirin final görüşündə o, Fazliddin Qaibnəzərova qalib gəldi və turnirin qalibi oldu.
Lorenso Sotomayor martda Azərbaycan yığmasının heyətində İtaliyada baş tutan təlim-məşq toplanışlarında oldu. Həmin toplanışların əsas məqsədi iyunda baş tutacaq I Avropa Oyunlarına hazırlıq idi. Lorenso Sotomayor 15 – 20 apreldə baş tutan "İpək Yolu" beynəlxalq turnirində çıxış etdi. Turnirin final görüşündə Fransa nümayəndəsi Hassan Amzile üzərində qələbə qazanan Lorenso Sotomayor, turnirin qızıl medalının sahibi oldu.
thumb|306x306px|alt=|I Avropa Oyunlarının zamanı Lorenso Sotomayor (göy) və İtaliya nümayəndəsi Vinçenzo Manciaçapre (qırmızı) arasında baş tutan final görüşü (26.06.2015) 2015-ci ilin əsas turnirlərindən biri 12 – 28 iyunda Azərbaycanda baş tutan Avropa Oyunları oldu. Həmin turnirdə mübarizə aparaq Azərbaycan yığmasının heyətinə Lorenso Sotomayor da cəlb edildi. Lorenso Sotomayorun 1/16 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə rəqibi Sloveniya nümayəndəsi Edin Secdinoviç oldu. İyunun 18-də baş tutan görüşdə Lorenso Sotomayor rəqibi üzərində 3:0 hesabı ilə qələbə qazandı və turnirin 1/8 final mərhələsinə adladı. Görüşdən sonra o, müsahibəsində bunları bildirdi: "mənim məqsədim Avropa Oyunlarının qalibi olmaqdır". Bu mərhələdə onun rəqibi Moldova təmsilçisi Dmitri Galagot oldu. İyunun 21-də görüşdə Lorenso Sotomayor 3:0 hesabı ilə qalib gəldi və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə o, Rumıniya nümayəndəsi Daniel Niculescu ilə üz-üzə gəldi. Həmin görüşdə Lorenso Sotomayor rəqibi üzərində 3:0 hesabı ilə qələbə qazandı və Avropa Oyunlarının yarım-final mərhələsinə adladı. Finala gedən yolda o, Ukrayna təmsilçisi Vihtor Petrov ilə üz-üzə gəldi. İyunun 25-də baş tutan görüşdə Lorenso Sotomayor bu səfərdə rəqibindən üstün oldu — 3:0. Bununla da Lorenso Sotomayor Avropa Oyunlarının final görüşünə vəsiqə qazandı. Finalda görüşündə onun rəqibi 2012-ci il London Olimpiadasının bürünc medalına sahib olan İtaliya nümayəndəsi Vinçenzo Manciaçapre oldu. Təcrübəli və titullu rəqibi ilə görüşdən əvvəl o, müsahibəsində bunları bildirdi: "Final görüşünün favoriti özüməm. Mütləq Avropa Oyunlarının qalibi olacam və Azərbaycan bayrağını qaldıracam". Turnirin final görüşü iyunun 26-da Kristal Zalda baş tutdu. Final görüşünü Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tribunadan canlı izlədi. Təcrübəli rəqibi ilə görüşün əvvəllərindən üstün tərəf Lorenso Sotomayor oldu. Nəticədə Lorenso Sotomayor rəqibi üzərində 3:0 hesabı ilə qələbə qazandı və I Avropa Oyunlarının qalibi oldu. Təltifetmə mərasimi zamanı Avropa Oyunlarının qızıl medalını Lorenso Sotomayora, Azərbaycan Prezidenti İlham Əliyev təqdim etdi. Lorenso Sotomayor görüşdən sonra müsahibəsində bunları bildirdi: "Qələbəyə görə şadam. Bu turnir mənim üçün önəmli idi. Mənə olan rəğbətinə görə Azərbaycan xalqına minnətdarlığımı bildirirəm. Qələbəmi Azərbaycana və Azərbaycan xalqına həsr edirəm.".
Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən I Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Lorenso Kollazo Sotomayor "Şöhrət" ordeni ilə təltif edildi.
2015-ci ilin əsas turniri Qətərin Doha şəhərində baş tutan Dünya Çempionatı oldu. İyunda Avropa Oyunlarının nəticələrinə əsasən Lorenso Sotomayor, Dünya Çempionatına vəsiqə qazandı. Dünya Çempionatından əvvəl Azərbaycan yığması, avqustda İtaliyada təlim-məşq toplanışlarında oldu. Lorenso Sotomayorun turnirdə birinci rəqibi Kanada nümayəndəsi Artur Biyarslanov oldu. 1/16 final mərhələsi çərçivəsində baş tutan görüşdə Lorenso Sotomayor rəqibi üzərində qələbə qazandı (3:0) və turnirin 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Əlcəzair təmsilçisi Abdelqədir Çadi oldu. Həmin görüşdə də Lorenso Sotomayor 3:0 hesabı ilə qalib gəldi və Dünya Çempionatının 1/4 final mərhələsinə adladı. Bu mərhələdə o, Rusiya Federasiyasının nümayəndəsi Vitali Dunaytev ilə üz-üzə gəldi. Həmin görüşdə Lorenso Sotomayor rəqibinə 0:3 hesabı ilə məğlub oldu və Dünya Çempionatında mübarizəsini dayandırdı. Turnirin qalibi isə məhz Rusiya Federasiyasının nümayəndəsi Vitali Dunaytev oldu. Dünya Çempionatından sonra Azərbaycan yığması təlim-məşq toplanışlarını davam etdi.
2016-cı il: Rio-de-Janeyro Olimpiadasında tarixi final Lorenso Sotomayor 2016-cı ilin fevralında Macarıstanın Debretsen şəhərində baş tutan beynəlxalq turnirdə mübarizə apardı. Turnirin həlledici görüşündə məğlub olan Lorenso Sotomayor, gümüş medalın sahibi oldu. Turnirdən sonra Azərbaycan yığması Birləşmiş Ştatların Kolorado Sprinqs şəhərində təlim-məşq toplanışlarında oldu.
Daha sonra Lorenso Sotomayor martda baş tutan "İpək Yolu" beynəlxalq turnirində çıxış etdi. Turnirdə bütün rəqibləri üzərində qələbə qazanan Lorenso Sotomayor, turnirin qalibi oldu.
2016-cı ilin əsas turniri avqustda Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutacaq XXXI Yay Olimpiya Oyunları idi. Həmin turnirə vəsiqə verən Avropa Olimpiya Təsnifat Turniri 8 – 18 apreldə Samsun şəhərində baş tutdu. Turnirdə 1–3-cü pillələrin sahibi olacaq idmançılar, Rio-de-Janeyro Olimpiadasına vəsiqə qazanacaqdı. Turnirdə mübarizə aparacaq Azərbaycan yığmasının heyətinə Lorenso Sotomayor da cəlb edildi. Turnirin təsnifat mərhələsindən azad olan Lorenso Sotomayor, 1/8 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə İrlandiya nümayəndəsi Dean Valş ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Lorenso Sotomayor, rəqibi üzərində 2:1 hesabı ilə qələbə qazandı və 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Yunanıstan təmsilçisi Alexandros Tsanihidis oldu. Həmin görüşdə də üstün tərəf Lorenso Sotomayor oldu — 3:0. Bununla da o, turnirin yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Türkiyə nümayəndəsi Batuhan Gözgeç oldu. Aprelində 15-də baş tutan görüşdə Lorenso Sotomayor rəqibi üzərində 3:0 hesabı ilə qələbə qazandı və turnirin final görüşünə vəsiqə qazandı. Bununla da o, Rio-de-Janeyro Olimpiadasına vəsiqəni təmin etdi. Formal əhəmiyyətə sahib olan final görüşündə isə Lorenso Sotomayor Litva təmsilçisi Evaldas Patraushası 3:0 hesabı ilə məğlub etdi və Avropa Olimpiya Təsnifat Turnirinin qalibi oldu.
Rio-de-Janeyro Olimpiadasından əvvəl Lorenso Sotomayor Azərbaycan yığmasının heyətində Kolorado ştatında baş tutan təlim-məşq toplanışlarında oldu.
thumb|340x340px|alt=|Lorenso Sotomayor Rio-de-Janeyro Olimpiadasının 1/8 final mərhələsi çərçivəsində baş tutan görüşdə Fransa nümayəndəsi Hassan Amzile üzərində qələbə qazanan zaman 2016-cı ilin əsas turniri 5 – 22 avqustda Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunları oldu. Azərbaycan yığması Rio-de-Janeyro Olimpiadasında tam heyətlə təmsil olundu: 2015-ci il Avropa Çempionatının bürünc medalçısı Rüfət Hüseynov (49 Kq.), 2015-ci il Dünya Çempionatının qalibi Elvin Məmişzadə (52 Kq.), 2013-cü il Dünya Çempionatının qalibi Cavid Çələbiyev (56 Kq.), 2015-ci il Dünya Çempionatının finalçısı Albert Səlimov (60 Kq.), 2015-ci il Avropa Oyunlarının qalibi Lorenso Sotomayor (64 Kq.), 2015-ci il Avropa Oyunlarının qalibi Pərviz Bağırov (69 Kq.), Kamran Şahsuvarlı (75 Kq.), 2012-ci il London Olimpiadasının bürünc medalçısı Teymur Məmmədov (81 Kq.), 2015-ci il Avropa Oyunlarının qalibi Abdulqədir Abdullayev (91 Kq.) və 2012-ci il London Olimpiadasının bürünc medalçısı Məhəmmədrəsul Məcidov (+91 Kq.).