Fuad Əlizadə (Əlizadə Fuad Rəhim oğlu; d. 26 mart 1980, Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi.
Həyatı Fuad Əlizadə 26 mart 1980-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur.
1996-2000-ci illərdə Azərbaycan Dillər Universitetinin filologiya fakültəsində təhsil almış, ingilis dili ixtisasına yiyələnmişdir.
2001-2005-ci illərdə Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Aparatının İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsində referent, böyük məsləhətçi vəzifələrində çalışmışdır.
2004-2006-cı illərdə Naxçıvan Dövlət Universitetini Pedaqoqika nəzəriyyəsi və tarixi fakültəsində təhsilini davam etdirərək magistr dərəcəsini almışdır.
2005-ci ildə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi aparatının Beynəlxalq əlaqələr və strateji araşdırmalar şöbəsinə böyük məsləhətçi vəzifəsinə təyin olunmuşdur.
2005-2007-ci illərdə əlavə təhsil olaraq Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə və kredit fakültəsində təhsil almışdır. 1 elmi məqalənin və 5-dən artıq məqalənin müəllifidir.
2005-2013-cü illərdə Azərbaycan Respublıikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə Hüquqi şəxslərlə iş departamentinin audit sektorunun müdiri vəzifəsində çalışmışdır.
14 noyabr 2013-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini vəzifəsində işləmişdir.
13 mart 2014-cü il tarixdən etibarən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsində çalışır.
Dövlət qulluğunun baş müşaviridi.
Rus və ingilis dillərində sərbəst danışır.
Ailəsi Evlidir, 2 övladı var.
Mükafatları Azərbaycan prezidenti cənab İlham Əliyevin 8 oktyabr 2012-ci il tarixli sərəncamı ilə əhalinin sosial müdafiəsi sahəsində səmərəli fəaliyyətinə görə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.
İstinadlar
Xarici keçidlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu Dövlət Əmək Müfəttişliyi Xidmətinə Fuad Əlizadə rəis təyin edilmişdir
Kateqoriya:Naxçıvanda doğulanlar Kateqoriya:Azərbaycan Dillər Universitetinin məzunları Kateqoriya:Naxçıvan Dövlət Universitetinin məzunları Kateqoriya:Azərbaycan Dövlət İqtisad Universitetinin məzunları Kateqoriya:"Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilənlər