Əkərək — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002.Budaqov B.Ə. Azərbaycan toponimlərinin problemləri. "Azərbaycan onomastikası probleminə dair". Bakı, 1986.,Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.

Tarixi Rayon mərkəzindən 7 km qərbdə yerləşir. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə Əyrək kimiİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.163, "İrəvan əyalətinin icmal dəftəri"ndə Əyərəkİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.90, Qafqazın 5 verstlik xəritəsində Əkərək (Aqarak) kimiПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.3 qeyd edilmişdir. Adı XVI əsrin əvəllərindən çəkilirHakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində) I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986. s.18. XVIİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.163 və XVIII əsrlərə aid tarixi mənbələrdə kəndin adının Əyrək, Əyərək formalarında qeyd olunmasına istinad edib bu qənaətə gələ bilirik ki, toponim "Kitabi-Dədə Qorqud" dastanlarında (X boyda) adı çəkilən Əgrək şəxs adı əsasında əmələ gəlmişdir.

Toponimi Antropotoponimdir. Quruluşca sadə toponimdir.

Əhalisi Kənddə 1831-ci ildə 318 nəfər, 1873-cü ildə 388 nəfər, 1886-cı ildə 536 nəfər, 1897-ci ildə 603 nəfər, 1908-ci ildə 629 nəfər, 1914-cü ildə 720 nəfər, 1916-cı ildə 653 nəfər, 1919-cu ildə 425 nəfər yalnız azərbaycanlı yaşamışdırQorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.22–23, 106–107. "Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti"ndə burada 1920-ci illərə kimi hansı xalqın yaşadığı göstərilmir. Yalnız 1897-ci ildə 603 nəfərin yaşadığı qeyd edilir ki, onların da azərbaycanlı və ya erməni olduğu göstərilmir. Bu da erməni siyasətinin bir formasıdır. 1919-cu ilin əvvəllərində kəndin sakinləri ermənilərin tacavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Ermənilər buraya Türkiyənin Van, Qavaş, Bitlis bölgələrindən 1918–19-cu illərdə köçürülmüşdürO.U.Məliksetyan. Qərbi ermənilərin deportasiyası və xaricdə yaşayan ermənilərin sovet Ermənistanına qaytarılması (1915–1940), İrəvan, 1975, (erməni dilində). Azərbaycanlılar öz kəndlərinə indiki Ermənistanda sovet hökuməti qurulandan sonra dönə bilib. 1918-ci ildə əhalisi qovulduqdan sonra Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. Burada ermənilərdən başqa 1922-ci ildə 72 nəfər, 1926-cı ildə 74 nəfər, 1931-ci ildə 32 nəfər azərbaycanlı yaşamışdırQorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.23, 107. SSRİ Nazirlər Sovetinin xüsusi qərarından sonra kənddə yaşayan azərbaycanlılar tarixi-etnik torpaqlarından çıxarılıb zorla Azərbaycana köçürülmüşdür. İndi ermənilər yaşayır.

İstinadlar

Kateqoriya:Karbi kəndləri Kateqoriya:Araqacotn mərzinin yaşayış məntəqələri