thumbnail|1957-ci ilin SSRİ poçt markası "Fəhlə və kolxozçu" () — Sovet heykəltaraşlığı tarixində əbədiyyət qazanan əsərlərdən biri.Savalan Fərəcov. Sovetlərin simvolunu yaratmış heykəltaraş. "Mədəniyyət" qəzeti, 10.06.2015 Bu əsər keçmiş SSRİ-nin sadəcə sənət deyil, həm də siyasi simvollarından biri olmuşdur. Əsərin müəllifi SSRİ xalq rəssamı, 5 dəfə Stalin mükafatı laureatı Vera Muxinadır. Abidənin hündürlüyü 24,5 metr (pavilyon-postamentin hündürlüyü 34,5 metr), ümumi ağırlığı isə 185 tondur.«Рабочий и Колхозница» встали на своё место за 47 миллионов рублей — «Комсомольская правда»
Mənası İşıqlı gələcək rəmziOktay. Heykəltəraş ömrü. Vera Muxina heç bir vaxt Stalinlə danışmayıb və onu yaxından görməyib . "Xalq Cəbhəsi" qəzeti, 14 dekabr 2012, səh. 13. olan əsərin mənası fəhlə və kəndli ittifaqını oraq və çəkicin timsalında əbədiləşdirməkdir.
Tarixi thumbnail|1937-ci ildə Ümumdünya sərgisində, Paris, Fransa "Fəhlə və kolxozçu" kompozisiyası 1937-ci ildə Ümumdünya sərgisində göstərilmək üçün yaradılmış və Parisə aparılır. Parislilər bu heykəli özlərində saxlamaq üçün imza yığırlar. Fransız yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Romen Rollan rəy kitabında belə yazmışdı:
"Sena sahillərində iki sovet nəhəngi ram olmayan ruh yüksəkliyi ilə oraq və çəkici ucaldırlar və biz onların sinələrindən xalqı azadlığa, birliyə səsləyən və onların qələbəsinə gətirib çıxaran qəhrəmanlıq himninin axdığını eşidirik".
Məşhur qrafik Frans Mazerel heyrətini belə ifadə edib:
"Sizin əsəriniz biz fransız sənətkarlarının başına sanki bir qaynar qazan su tökdü. Biz bütün gecəni ondan danışırıq".
Heykəli Eyfel qülləsinin yaxınlığında yerləşdirirlər. Lakin parislilərin bu xahişi SSRİ rəhbərliyini qane etmir. Heykəli Moskvaya gətirirlər və o, Moskvada Xalq Təsərrüfat Nailiyyətləri Sərgisində ucaldılır.
İstinadlar
Xarici keçidlər
«Рабочий и колхозница». Инфографика В. Николаев и П. Тарасенко. «Гигантская статуя из нержавеющей стали» — ВСХВ. Советский павильон на Парижской выставке 1937 года Париж-37: «Рабочий и колхозница» «Железная парочка» Огонёк, № 11, 12—18 марта 2007 года Архнадзор — Рабочий и колхозница 27 июля 2007 «Рабочий и колхозница» вернулись на своё место у ВВЦ Б. Руденко. «Рабочий и колхозница». Возвращение // «Наука и жизнь» № 11, 2009. Интервью с руководителем авторского коллектива по реставрации монумента Вадимом Церковниковым, передача «Своими глазами», радио «Эхо Москвы», 8.10.2010 Суздалев П. «Рабочий и колхозница» // Новый мир, № 7, 1971.
Kateqoriya:1937-ci ilin əsərləri Kateqoriya:Rusiyadakı qadın heykəlləri Kateqoriya:Fransa–SSRİ münasibətləri Kateqoriya:XTNS Kateqoriya:Moskvanın görməli yerləri