thumb|Samar adası Samar adası () — Filippin arxipelaqının mərkəzində yerləşir. Adanın sahəsi 12 849,4 km² təşkil edir.

Tarixi Ada ilk dəfə ispaniyalı dənizçi Rui Lopes de Vilyalobos () tərəfindən 1543-cü ildə kəşf edilir.

Əhalisi Adanın ən iri şəhəri Kalbayoqdur. Ada inzibati cəhətdən Samar (733,377 nəf), Şimali Samar (589,013 nəf) və Şərqi Samar (428 877 nəf) cilayətlərinə bölünür. Ümumi əhalisi 1,751,267 nəfər təşkil edir. Ada əhalisinin böyük əksəriyyəti Visayyalılardır.

İqtisadiyyat Adanın iqtisadiyatının əsasını yeyinti, dağ mədən və meşə sənayeləri təşkil edir. Əhalinin əsas məşğuliyyəti əkinçilik, quşçuluq və heyvandarlıqla məşğul olurlar. Burada banan, kofe, sitrus meyvələri, manqo, kakao, abaka, şəkərqamışı və düyü yetişdirilir. Üstəlik öküzlər, keçi, donuz, ördək və toyuq saxlanılır. Balıqçılıqda isə sardina və tunes balığı bəslənilir.

İstinadlar

Kateqoriya:Filippin adaları Kateqoriya:Filippin dənizi adaları