Alla Borisovna Puqaçova () — Sovet-rus müğənnisi və aktrisası, SSRİ Xalq artisti (1991). Kristina Orbakaytenin anasıdır.
Həyatı Alla Puqaçova 1949-cu il aprelin 15-də Moskvada anadan olub. 1965-ci ildə orta məktəbi bitirən Puqaçova səhnə fəaliyyəti ərzində yüzlərlə uğurlu konsert verib, müxtəlif mükafatlara layiq görülüb. 1966–1967-ci illərdə "Yunost" radiostansiyasının təbliğat briqadasının tərkibində Tümenə ilk qastrol səfərinə çıxır. A. Puqaçova zəmanəmizin ən istedadlı və məşhur estrada sənətçiləri sırasında özünəməxsus yer tutur.
Müğənninin 60 illiyi ərəfəsində "Gənc qvardiya" nəşriyyatı Aleksey Belyakovun yubilyara həsr olunmuş "Bioqrafiya davam edir" kitabını nəşr edib. Kitabda Alla Puqaçovanın həyat və yaradıcılığının çox sayda maraqlı məqamı yer alıb.
2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyev Alla Puqaçovanı "Dostluq" ordeni ilə təltif edib. O, bu mükafata Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında göstərdiyi xidmətlərə görə layiq görülüb.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:SSRİ müğənniləri Kateqoriya:Rusiya müğənniləri Kateqoriya:Qadın bəstəkarlar Kateqoriya:Rusiya Avroviziya Mahnı Müsabiqəsində Kateqoriya:SSRİ-nin televiziya aparıcıları Kateqoriya:Rusiya pop musiqiçiləri Kateqoriya:SSRİ pop müğənniləri Kateqoriya:SSRİ xalq artistləri Kateqoriya:RSFSR-in əməkdar artistləri Kateqoriya:Belarusun "Xalqlar dostluğu" ordeni kavalerləri Kateqoriya:RSFSR-in əməkdar artistləri Kateqoriya:Rusiyanın televiziya aparıcıları Kateqoriya:XX əsr müğənniləri Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:RSFSR xalq artistləri Kateqoriya:Rusiya iş adamları Kateqoriya:SSRİ bəstəkarları Kateqoriya:XX əsr bəstəkarları Kateqoriya:SSRİ aktrisaları Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:XXI əsr bəstəkarları Kateqoriya:Rusiya pravoslavları Kateqoriya:Musiqi Kateqoriya:Rusiya bəstəkarları Kateqoriya:UNICEF-in Xoşməramlı Səfirləri Kateqoriya:Rusiyanın "Avroviziya" təmsilçiləri