Pol Elüar(, əsl adı Ejen Emil Pol Qrendel (); 14 dekabr 1895, Sen-Deni — 18 noyabr 1952, Paris) — Fransız şair.
Həyatı Pol Elüar (Pol-Öjen Qrindel) 1895-ci ildə Paris yaxınlığındakı Sən-Denis şəhərində anadan olub. İlk şerlərini 1913-cü ildə, hələ müharibə öz dəhşətli üzünü göstərmədiyi aylarda çap etdirib. Birinci Dünya müharibəsinin dəhşətləri onu sarsıdıb və o bir müddət anarxizmə, sonra isə sürrealizmə meyil göstərib. 1920-ci ildən "Ədəbiyyat" jurnalı ilə əməkdaşlıq edib, sonra isə özü "Məsəl" adlı jurnal nəşr edib.
Pol Elüar şerinin daimi, əsas mövzusu məhəbbət olub. 1926-cı ildə çap olunmuş "Kədər mərkəzi", 1929-da "Məhəbbət, şeir", 1932-də "İndiki həyat" kitabları ona şair şöhrəti gətirib. Otuzuncu illərdə baş qaldıran faşizm hədəsi onu siyasi həyata bağlayıb. 1942-ci ildə o kommunist partiyasına üzv olub və müqavimət hərəkatına qoşulub. Elə həmin il "Azadlıq" poemasının da daxil olduğu "Poeziya və həqiqət" adlı kitabı nəşr olunub. 1944-cü ildə isə "Alman görüşü" adlı kitabını çap etdirib. Pol Elüarın müharibədən sonrakı dövrdəki yaradıcılığından da (1946–1953-cü illərdə yazılmış "Sonsuz poeziya", 1947-də "Vaxt daşır", 1951-ci ildə "Feniks" adlı kitabları) məhəbbət mövzusuna sadiqliyi duyulur.
Rol Elüar 1952-ci ildə vəfat edib.
İstinadlar
Kateqoriya:Fransa şairləri Kateqoriya:Parisdə vəfat edənlər Kateqoriya:Sürrealizm Kateqoriya:Marksistlər Kateqoriya:Birinci Dünya müharibəsi iştirakçıları Kateqoriya:Fransız ateistlər Kateqoriya:Ürək tutmasından ölənlər Kateqoriya:Fransa kommunistləri Kateqoriya:Birinci Dünya müharibəsində Fransa hərbçiləri