Panay () — Filippinin orta ölçülü adasıdır. Neqros adasından Himaras boğazı ilə ayrılır. Şimaldan Visayan dənizi və Sibuyan dənizi, cənubdan isə Sulu dənizi onun sahillərini yuyur. Sahəsi — 12 011,1 km², Əhalisi — 4 031 636 nəfər təmkil edir.

Coğrafiyası Ada dağlıqdır və ən hündür nöqtəsi Nanqtud vulkanıdır (2049 m). Qərbi əsasən dağ silsilələri, şərqi isə təpəlik, mərkəzi isə sabit hüdürlüyə malikdir. Ən iri çayı Panaydır. İqlimi subekvatorial, mussondur. Qərb hissədə illik yağıntının miqdarı 3000 mm təşkil etdiyi halda şərq çox quraqdır. Talalar şəklində savannalara rast gəlinir. Sahillərində mərcan rifləri vardır.

Əhalisi Adada visayya xalqı yaşayır. Çin diasporu vardır. Dağlıq rayonlarda neqroid irqinə mənsub Aeta xalqı yaşayır.

Ada dörd vilayətə bölünür: Aklan (mərkəz — Klibo) — 535 725 nəf. Antike (mərkəz San-Xose) — 546 031 nəf. Kapis (mərkəz — Roxas) — 719 685 nəf. İloilo (mərkəz — İloilo adanın ən iri şəhəri) — 2 230 195 nəf.

İqtisadiyyat Kənd təsərrüfatı inkişaf etmişdir. Adanın əkin sahələrinin böyük əksəriyyətində düyü əkilir. Üstəlik burada Kokos palması, qarğıdalı və banan plantasiyaları vardır. Şəhərlərdə yeyinti sənayesi və paliqrafiya inkişaf etmişdir. Balıqçılıqla da məşğul olunur. Katilan şəhərindən iki kilometr şimalda Borakay adasında çimərlik fəaliyyət göstərir. İstinadlar

Mənbə Böyük Sovet ensiklopediyası səh. Panay. Sorğu xəritəsi «Filippin», М.-1978.

Kateqoriya:Filippin adaları Kateqoriya:Sakit okeanın adaları