Lonseston (, tələffüzü - [])Macquarie Dictionary, Fourth Edition (2005). Melbourne, The Macquarie Library Pty Ltd. ISBN 1-876429-14-3 — Avstraliyanın Tasmaniya adasının şimal kəsiyində, Şimali Esk və Cənubi Esk çaylarının birləşib Tamar çayını əmələ gətirdiyi yerdə yerləşən liman şəhəri. Hobart şəhərindən sonra Tasmaniyanın ikinci ən böyük şəhəridir. Əhalisi 106.153 nəfərdir. Avstraliyanın ən böyük 9-cu qeyri-paytaxt şəhəridir. Tasmaniyanın sahildə yerləşməyən yeganə şəhəridir.

Şəhərin əsası 1806-cı ilin martında avropalılar tərəfindən qoyulmuşdur. Avstraliyanın ən qədim şəhərlərindən biri olduğundan bir çox tarixi tikiliyə ev sahibliyi edir. Şəhər öz adını Böyük Britaniyanın Lonston qəsəbəsindən almışdır. Şəhərdə bəzi ilklər gerçəkləşmişdir. Cənub yarımkürəsində ilk anestetik burada istifadə edilmişdir, Avstraliyanın kanalizasiya sisteminə sahib olan ilk şəhəridir. Şəhərdə mülayim iqlim hakimdir.

Tarixi thumbnail|left|Peterson küçəsi. Bu ərazinin ilk dəfə Tasmaniyanın daxili hissələrində yaşayan yerli aborigenlər tərəfindən məskunlaşıldığı ehtimal olunur.

Bura gələn ilk avropalılar 1798-ci ildə Corc Bass və Matyu Flinders olmuşlar. Onların ekspedisiyası indiki Lonseston şəhərinin 40 km şimal-qərbində məskunlaşmışdılar.

Ərazidə ilk koloniya 1804-cü ildə Britaniya qarnizonu Uilyam Peterson tərəfindən qurulmuşdur. Lakin koloniya ilk əvvəllər indi Corc Taun şəhərinin ərazisində yerləşirdi. Daha sonra koloniya indiki York Taun şəhərinin ərazisinə, ən sonda indiki yerinə köçürülmüşdür.

İlk əvvəllər bu yaşayış məntəqəsi Petersoniya adlanırdı. Amma Uilyam Peterson Cənubi Yeni Uelsin qubernatoru Filip Qidli Kaynqın şərəfinə anadan olduğu Lonston qəsəbəsinə görə buranın adını Lonseston qoymuşdur.

Lonseston 1830-cu ildə əhəmiyyətli balina ovçuluğu mərkəzi, 1852-ci ildə bələdiyyə, 1858-ci ildə qəsəbə, 1888-ci ildə şəhər olmuşdur.

Haqqında

Şəhər Şimali Tasmaniyanın ən böyük şəhəridir. Tasmaniyanın dəmiryol şəbəkəsinin mərkəzidir. Şəhərin ətrafında meyvə, taxıl yetişdirilir, yun istehsalı ilə məşğul olunur. Əsas ixracat məhsulları alüminium, taxta və toxuma məhsullardır. Şəhərdə bir çox un, pivə, toxuculuq müəssəsələri yerləşir.

Şəhərdə bir universitet, Kraliça Viktoriya Muzeyi və İncəsənət Qaleriyası, Müqəddəs Con kilsəsi, Entalli Evi yerləşir. Dünyanın ilk su elektrik stansiyalarından biri 1895-ci ildə Cənubi Esk çayı üzərində Katarakt keçidində tikilmişdir.

Şəhərin 15 km cənubunda Lonseston Hava Limanı yerləşir. Brisben, Sidney, Melburn şəhərlərinə birbaşa reyslər vardır.

Qardaş şəhərlər

Şəhər Ştat/Əyalət Ölkə Tarix İkeda 24px Osaka 1 noyabr 1965 Napa 24px Kaliforniya 6 iyun 1988 Tayyuan Şansi Çin 28 noyabr 1995

Qalereya

İstinadlar

Xarici keçidlər

Rəsmi sayt Katarakt keçidi Lonsestonun tarixi tikililəri Lonseston limanı

Kateqoriya:Tasmaniya şəhərləri