Solak — İrəvan əyalətinin, Dərəçiçək nahiyəsində, İrəvan xanlığının, Dərəçiçək mahalıda, İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, Ermənistan SSR, Razdan rayonunda, indiki Ermənistan Respublikası Kotayk mərzində kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2

Tarixi Zincirli dağının ətəyində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndəİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.53 qeyd edilmişdir. XX əsrin 30-cu illərində kənd dağılmışdır.

Toponimi Toponim solak türk tayfasının adı əsasındaАтаниязов С. Словарь туркменских этнонимов, Ашхабад, "Ылым", 1988. s.106 əmələ gəlmişdir. Türk dilində solak "qulağı uzununa kəsik"mənasını bildirirРадлов В.В. Опыт словарья тюркских наречий, т. IV, ч.2, СПб, 1911. s.550. Bu etnonim XVII əsrin I yarısında yaşamış məşhur osmanlı tarixçisi Mehmed Solakzadənin soyadında öz əksini tapmışdırMehmed Solak-zadə. Tarix, B., 1992.. Türkiyənin Qoca nallı obasının Pinarbaşı qəzasındakı Mərkəz nahiyyəsində Solaqlar kəndi varSümər Faruq. Oğuzlar, Bakı, "Yazıçı", 1992. s.277. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 1728-ci ilə aid mənbədə Dərəçiçək nahiyəsində Solak kimidir. XVIII əsrə aid ermənicə mənbədə də Dərəçiçək mahalında Solak qeyd olunur.

Əhalisi 1828-ci ilə kimi burada yalnız azərbaycanlılar yaşamışdır. 1828-ci il Türkmənçay müqaviləsindən sonra, 1828–30-cu illərdə kəndə Türkiyədən ermənilər köçürülmüşdürШопен И., Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи , СПб, Типография императорский Академии Наук, 1852. s.591–594.1828–1829-cu illərdə kənddə İrandan və Türkiyədən gəlmə ermənilər də məskunlaşmış, sonralar azərbaycanlılar qovulmuşlar. XIX əsrin ortalarına aid mə’lumatda kənddə ermənilərin yaşadığı göstərilir Kənddə 1831-ci ildə 94 nəfər azərbaycanlı yaşamışdırШопен И., Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи , СПб, Типография императорский Академии Наук, 1852. s.591. Ermənilər burada 1840-cı illərdə tam məskunlaşdıqdan sonra azərbaycanlılar 1850-ci illərdə qovulmuşlar. İndi yalnız ermənilər yaşayır.

İstinadlar

Kateqoriya:İrəvan xanlığının mahalları Kateqoriya:Dərəçiçək kəndləri Kateqoriya:Kotayk mərzinin yaşayış məntəqələri