Bələk (Balak) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisian rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
Tarixi Rayon mərkəzindən 9–10 km şimal-qərbdə, Bazarçay çayının sağ sahilində yerləşir. 1590-cı il tarixli «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə qeyd edilmişdirİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s. 182.
Toponim qədim türk dilində təpə mənasında işlənən bələk sözündənРадлов В.В. Опыт словарья тюркских наречий, т.IV, ч.2, СПб, 1911. s.1609 əmələ gəlmişdir. Quruluşca sadə toponimdir.
Əhalisi Kəndə 1828-29 - cu illərdə İranın Salmas vilayətindən erməni əhalisi köçürülərək yerləşdirilmişHakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986. s.554 və azərbaycanlılar tədricən tarixi torpaqlarından çıxarılmışdır.
İstinadlar
Kateqoriya:Zəngəzur kəndləri