Ramaz Şengeliya adına stadion () — Gürcüstanın Kutaisi şəhərində yerləşən və Torpedo Kutaisi klubunun ev oyunlarını keçirdiyi stadion.

Tarixi və haqqında Stadion 1948-ci ildə layihələşdirilmişdir. 1950-ci ildən tikintisinə başlanmışdır. Stadion, "Lokomotiv Kutaisi" klubu Sovet "B" liqasında çıxış etməyə başlayandan, 1957-ci ildən istifadəyə verilmişdir, amma stadion tam tikilib başa çatdırılmamışdır. Stadion tam olaraq 1962-ci il mayın 2-də "Torpedo Kutaisi" komandası güclülər dəstəsində çıxış etməyə başladıqda hazır olmuşdur.

Sovet dövründə stadion "Mərkəzi Stadion" adlanırdı. 2010-cu il mayın 24-də stadion yenidənqurmadan sonra yenidən açıldı, stadiona Kutaisi şəhərində idman həyatının inkişafında əməyi olmuş əfsanəvi Kutaisi idmançısı Givi Kiladzenin adı verilmişdir. Stadion UEFA standartlarına uyğundur və burada beynəlxalq səviyyədə yarışların keçirilməsi üçün bütün şərait var. Stadion Gürcüstanın qərbində yerləşmiş ən böyük və tutumlu stadiondur. 2015-ci ildə stadiona Ramaz Şengeliyanın adı verilmişdir.

Həmçinin bax Kutaisi Torpedo Kutaisi FK

Xarici keçidlər Stadiumdb.com saytında Worldstadiums.com saytında Soccerway saytında Torpedo Kutaisi klubunun saytında

Kateqoriya:1957-ci ildə yarananlar Kateqoriya:Gürcüstan stadionları Kateqoriya:Çoxməqsədli stadionlar