Femisto () və ya Yupiter XVIII — Yupiterin kiçik peyklərindən biri. 1975-ci ildə kəşf edilsə də, itmiş və 2000-ci ildə yenidən kəşf edilmişdir.
Kəşf və adlandırma
Femisto birinci dəfə 30 sentyabr 1975-ci ildəIAUC 2845: Probable New Satellite of Jupiter 1975 October 3 (discovery) Elizabet Romer və Çarlz Koval tərəfindən kəşf edilmiş və bu kəşf 3 oktyabrda açıqlanmışdır. Peyk ilk olaraq S/1975 J 1 adlandırılmışdır. Amma bu peykin ətraflı öyrənilməməsi səbəbi ilə peyk astronomların gözündən itmişdir.
1980-ci illərdə Femisto ancaq astronomiya kitablarının qeyd bölməsində yer alırdı. Daha sonra 2000-ci ildə bu peykə çox bənzər bir peyk Skott Steppard, Devid Cevit, Yevqen Maqner və Yanqa Fernandes tərəfindən kəşf edilmişdir. Bu peyk S/2000 J 1 adlandırılmışdır. Amma sonra bunun 1975-ci ildə kəşf edilən peyk olduğu təsdiqlənmişdir.IAUC 7525: S/1975 J 1 = S/2000 J 1 2000 November 25 (recovery) Bu müşahidə Bret Qledman, Con Keyvlaars, Cin-Mark Petit, Hanz Skul, Metyu Holmen, Brayan Marsden, Filip Nikolson və Cozef Borns tərəfindən aparılmış və bu haqda Kiçik Planet Mərkəzinə məlumat verilmişdir.MPEC 2000-Y16: S/1975 J 1 = S/2000 J 1, S/1999 J 1 2000 December 19 (recovery and ephemeris)
2002-ci ilin oktyabrında peykə yunan mifologiyasında Zevsin (Yupiterin) sevgilisi və yağış tanrısı İnaxın qızı Femistonun adı verilmişdir.IAUC 7998: Satellites of Jupiter 2002 October 22 (naming the moon)
Xarakteristika thumb|left|290px Femistonun orbiti Yupiterin digər peyklərindəkindən fərqlidir. Femisto öz orbitində tək başına hərəkət edir. Peyk Yupiterin Qaliley peykləri ilə Himali peykləri arasında yerləşir.
Femistonun diametri cəmi 8 km-dir, albedosu isə 0.04-dür. Səth sahəsinin 200–380 km2 arasında olduğu güman olunur.
İstinadlar
Xarici keçidlər Devid Cevitin qeydləri Yupiterin peykləri
Kateqoriya:Yupiterin peykləri