Pyotr Yakovleviç Çaadayev (; ) — rus mütəfəkkiri və publisisti.

Həyatı Pyotr Yakovleviç Çaadayev 7 iyun 1794-cü ildə Moskva şəhərində anadan olmuşdur.

Pyotr Çadayevin məşhur birinci məktubu və orada yer alan fikirlər hər kəsə məlumdur. Hansı ki, onu məhz bu məktuba görə dəli elan etmişdilər. Onun ilk məktubu dərc olunanda bütün Rusiya sarsılmış, I Nikolay qəzəblənmişdi. O zaman Çaadayevi Avropada tanındığı üçün öldürə və ya başqa şəkildə cəzalandıra bilmədilər və odur ki, onu dəli elan etdilər. Çaadayev də hesab edirdi ki, xalq öz ziyalılarının ardınca getməli və onu öyrənə-öyrəni özü də yüksəlməlidir.

Pyotr Çaadayev 26 aprel 1856-cı ildə Moskva şəhərində vəfat edib.

İstinadlar

Kateqoriya:Moskva Dövlət Universitetinin məzunları Kateqoriya:Rusiya siyasətçiləri Kateqoriya:XIX əsr filosofları Kateqoriya:Rusiya filosofları