Norman Qari Finkelşteyn () — yəhudiəsilli ABŞ siyasi elm adamı, yazıçı və professor. O, dünyada Holokost və Fələstin-İsrail münaqişəsi haqdakı fikirləri, mühazirələri və əsərləri ilə tanınır.

Həyatı Onun anası almanların İkinci Dünya müharibəsi dövründə Polşada yaratdıqları həbs düşərgəsində, atası isə Auşvitz həbs düşərgəsidə, almanların İkinci Dünya müharibəsi dövründə yəhudiləri saxladıqları və kütləvi şəkildə öldürdükləri ən böyük ölüm düşərgəsində idilər. Atasının almanların əlindən qaçdığı deyilir. Bütün bunlara baxmaraq, Finkelşteyn öz vicdanına sığınaraq yəhudiləri Holokostu bəhanə edərək başqalarına qarşı, xüsusən də günahsız fələstinlilərə qarşı qətlliam və vəhşiliklərdə günahlandırır.

2014-cü ildə İsrailin Qəzzəyə hücumlarına etiraz edib aksiya keçirən zamanı Finkelşteyn və 20-yə yaxın amerikalı polis tərəfindən nəzarətə götürülüb.

Həmçinin bax Qəzzə bölgəsinə humanitar yardım aparan gəmilərə hücum

İstinadlar

Xarici keçidlər

Kateqoriya:ABŞ yazıçıları Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:Nyu-York Universitetinin müəllimləri Kateqoriya:ABŞ ateistləri Kateqoriya:Ratqers Universitetinin müəllimləri Kateqoriya:ABŞ politoloqları