Laomedeya () və ya Neptun XII Neptunun düz istiqamətdə dönən düzənsiz peyklərindən biridir. Peyk Metyu Holman və bir neçə alim tərəfindən 13 Avqust 2002-ci ildə kəşf edilmişdir.3 Fevral 2007-ci ildə (İAUC 8802) onun adı elan olunmazdan əvvəl, bu peyk S/2002 N 3 kimi tanınırdı.

O, təxminən 23,571,000 km məsafədə Neptunun ətrafında fırlanır və diametri təxminən 42 kilometrdir.Bu peyk yunan mifalogiyasındakı əlli Nereiddən birinin adını daşıyır.

İstinadlar

Xarici keçidlər Neptune's Known Satellites (by Scott S. Sheppard) David Jewitt pages MPC: Natural Satellites Ephemeris Service Mean orbital parameters (NASA)

Kateqoriya:2002-ci ildə kəşf edilmiş astronomik obyektlər Kateqoriya:Neptunun peykləri