Şirvan külməsi və ya Azərbaycan külməsi () — Çəkikimilər fəsiləsinə aid bir növdür.

Yayılması Azərbaycanda Qəbələ rayonunun Türyançay sistemindəki bulaq sularında (Nic və Çuxur Qəbələ kəndlərində olan bulaqlarda) yayılmışdır. Lakin arealın məhdudluğu, antropogen təsirlər (yayıldığı sahələrin çirkləndirilməsi, qurudulması və s.) növə təhlükə yaradır. Şirvan külməsinin endemik növ olmasını və məhdud sahədə yayılmasını nəzərə alaraq onun yayıldığı ərazi xüsusi mühafizə olunan ərazi elan olunmalıdır. Azərbaycanın Qırmızı Kitabı, II Cild, Bakı, 2013

Morfoloji əlamətləri D III 7-8, A III 7 (8), squ. 37-39. orta hesabla 37,9 - dur. Yan xətt pulcuqları dəliksiz pulcuqların arasında nizamsız düzülmüşdür. Yan xətt tam deyildir. Dəlikli pulcuqlarının sayı 17-dən 38-ə qədərdir. Yan xətdən yuxarıda 5-7 sıra, aşağıda isə 3-4 sıra pulcuqlar yerləşir. Ağzı uc tərəfdə çəpəki yerləşir. Bədəni yoğun, alnı enli, pulcuqları isə girdə olur. Bel üzgəcində 3 şaxəsiz, 7 - 8 şaxəli, anal üzgəcində isə 3 şaxəsiz, 7 şaxəli şüa vardır. Şirvan külməsi xarici görünüşcə Soyuqbulaq külməsinə oxşayır, lakin ondan bir sıra əlamətlərinə görə fərqlənir. Soyuqbulaq külməsində başı uzun, alnı enli, gözdalı məsafə az olur. Şirvan külməsində ağzın zirvəsi gözün alt kənarından yuxarı səviyyədə, Soyuqbulaq külməsində isə gözün alt kənarından aşağı və ya onunla eyni səviyyədə yerləşir. Birincidə üzmə qovuğunun dal kənarı girdə, ikincisində isə sivri olur.Azərbaycanın heyvanlar aləmi. Onurğalılar. III cild, Bakı: Elm, 2004, s. 94.

Yaşayış yeri və həyat tərzi Şirinsu balığıdır. Meşəlik yerlərdəki bataqlığa bənzər bulaq sularında yaşayır. Dibi lili, içərisində qamış bitən, zəif sürətlə axan çayları çox sevir. Su cücülərinin sürfələri və detridlə qidalanır. Uzunluğu 9.6 sm-ə qədər olur. Bir yaşı tamam olduqda uzunluğu 2.8 – 5.7 sm, orta hesabla 4.5 sm, 2 yaşı tamam olduqda 5.9 – 8.0 sm, orta hesabla 6.9 sm olur. İki-üç ilə qədər yaşayır.

Sayı Az saylı balıqdır. Sayı haqqında dəqiq məlumat yoxdur.

Təsərrüfat əhəmiyyəti Şirvan külməsinin heç bir təsərrüfat əhəmiyyəti yoxdur.

Məhdudlaşdırıcı amillər Arealın məhdudluğu, antropogen təsirlər (yayıldığı sahələrin çirkləndirilməsi, qurudulması və s.). Tətbiq olunmuş və lazımi mühafizə tədbirləri Şirvan külməsinin endemik növ olmasını və məhdud sahədə yayılmasını nəzərə alaraq onun yayıldığı ərazi xüsusi mühafizə olunan ərazi elan olunmalıdır.

Ədəbiyyat Azərbaycanın Qırmızı Kitabı, II Cild, Bakı, 2013 Azərbaycanın heyvanlar aləmi. Onurğalılar. III cild, Bakı: Elm, 2004, s. 94. Державин А.Н. Новый вид плотвы Rutilus (Orthroleucos) atropatenus sp.nova из Азербайджана. Труды АзФАН СССР, серия зоол., т.ХХ, 1937, с.21-79; Абдурахманов Ю. А. Рыбы пресных вод Азербайджана. Bakı: Elm, 1962, с.94-96; 3. Azərbaycanın heyvanlar aləmi: Onurğalılar, III cild. Bakı: Elm, 2004. səh. 94 Державин А.Н. Новый вид плотвы Rutilus (Orthroleucos) atropatenus sp.nova из Азербайджана. Труды АзФАН СССР, серия зоол., т. ХХ, 1937, с. 21 - 79; Абдурахманов Ю.А. Рыбы пресных вод Азербайджана. Баку: Элм, 1962, с. 94 - 96;

İstinadlar

Kateqoriya:Azərbaycanın endemik faunası Kateqoriya:Çəkikimilər Kateqoriya:Çəkilər

Kateqoriya:Külmə