Azərbaycan — 1998-ci ildə Yaponiyanın Naqano şəhərində baş tutan XVIII Qış Olimpiya Oyunlarında. Azərbaycan XVIII Qış Olimpiya Oyunlarında 4 idmançı ilə 1 idman növündə təmsil olundu. Bu Azərbaycanın Qış Olimpiya Oyunlarında debütü idi.

Məlumat 1991-ci ildə Sovet İttifaqının dağılması prosesi zamanı Azərbaycan özünün dövlət müstəqilliyini elan etdi. 1992-ci il yanvarın 14-də Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) yaradıldı. Milli Olimpiya Komitəsi 10 mart 1992-ci ildə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındı və hüquqi status əldə etdi. 1992–1993-cü illərdə Birinci Qarabağ müharibəsi, siyasi problemlər və iqtisadi böhran səbəbilə Milli Olimpiya Komitəsi beynəlxalq status ala bilmədi. Milli Olimpiya Komitəsi yalnızca 1993-cü ildə Beynəlxalq Olimpiya Komitəsinin üzvü seçildi. 1994-cü ilin fevralında Norveçin Lillehammer şəhərində baş tutan XVII Qış Olimpiya Oyunlarında mübarizə aparmaq üçün lisenziya turnirləri artıq başa çatdığına görə Azərbaycan həmin olimpiada da çıxış edə bilmədi. Nəhayət 1998-ci ildə Yaponiyanın Naqano şəhərində baş tutan XVIII Qış Olimpiya Oyunlarında Azərbaycan idmançıları debüt etdi.

Azərbaycan Milli Olimpiya Komandası Naqano Olimpiadasında dörd idmançı ilə bir idman növü üzrə təmsil olundu. Fevralın 7-də Naqano Olimpiya Stadionunda baş tutan açılış mərasimində Azərbaycan bayrağını Yuliya Vorobyova apardı. Yuliya Vorobyova olimpiaların açılış mərasimlərində Azərbaycan bayrağını aparan birinci idmançı olaraq Azərbaycanın idman tarixinə düşdü.

Nəticələri

Fiqurlu konkisürmə

Q — növbəti mərhələyə adladı

Azərbaycanı bu idman növü üzrə dörd idmançı təmsil etdi. Kişilərin turnirində İqor Paşxeviç, qadınların turnirində Yuliya Vorobyova, cüt turnirdə isə İnqa Radionova & Alexander Aniçenxo dueti Naqano Olimpiadasında mübarizə apardı.

Bu idman növü üzrə turnirlər 8–10 fevralda baş tutdu. Əvvəlcə fevralın 8-də İnqa Radionova & Alexander Aniçenxo cütlüyü çıxış etdi. Qısa proqramdan sonra Radionova & Aniçenxo cütlüyü 18-ci pillədə qərarlaşdı. Fevralın 10-da baş tutan sərbəst proqramın nəticələrinə əsasən isə İnqa Radionova & Alexander Aniçenxo cütlüyü 18-ci pillənin sahibi oldu. Bununla da Radionova & Aniçenxo cütlüyü Naqano Olimpiadasını 18-ci pillədə başa vurdu.

Fevralın 12-də isə İqor Paşxeviç mübarizə apardı. Mövsüm ərzində Almaniyada və Fransada baş tutan beynəlxalq turnirlərdə gümüş və bürünc medallara sahib olan İqor Paşxeviç, qısa proqramdan sonra 12-ci pillədə qərarlaşdı. Fevralın 14-də baş tutan sərbəst proqramda isə İqor Paşxeviç 15-ci pillənin sahibi oldu və ümumi nəticədə Naqano Olimpiadasını 16-cı pillədə başa vurdu.

Fevralın 18-də isə Yuliya Vorobyeva çıxış etdi. Qısa proqramı 18-ci pillədə başa vuran Yuliya Vorobyeva, fevralın 20-də baş tutan sərbəst proqramı 16-cı pillənin sahibi oldu. Bununla da Yuliya Vorobyeva Naqano Olimpiadasını 16-cı pillədə başa vurdu. İdmançıYarışÜmumiYerXalYerXalYerİqor PaşxeviçKişilər116.012134.01515.016Yuliya VorobyevaQadınlar167.018135.01625.016İnqa Radionova & Alexander AniçenxoCüt166.018158.01827.518

İstinadlar

Kateqoriya:İllərinə görə Azərbaycan Qış Olimpiya Oyunlarında Kateqoriya:1998-ci ildə Azərbaycanda idman Kateqoriya:Ölkələr 1998 Qış Olimpiya Oyunlarında